Şrift:
Özbəkistana daha 3 milyon doza “ZF-UZ-VAC2001” vaksini gətirilib
23.08.2021 [11:49] - Gündəm, Sağlıq
Özbəkistana Çindən daha 3 milyon doza “ZF-UZ-VAC2001” vaksini gətirilib.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla da Özbəkistanın həmmüəllifi olduğu “ZF-UZ-VAC2001” vaksini ölkədə 17 milyon 856 min 540 dozaya çatıb.

Hazırda ölkədə “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V” və “Moderna” peyvəndlərindən istifadə olunur.

Bu günədək Özbəkistanda 12 750 044 doza vaksindən istifadə edilib və peyvənd olunanların sayı 1 milyon 479 min 304 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed