23.08.2021 [12:13] - Xəbərlər, Sosial
Son günlər yeni növ koronavirusa (COVID-19) yoluxanların və vəfat edənlərin sayında müşahidə edilən kəskin artım ölkəmizdə xəstəliyin növbəti dalğasından xəbər verir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mövcud vəziyyət barədə danışarkən deyib: “Hazırda bütün dünyada COVID-19 infeksiyası ilə əlaqədar vəziyyət çox gərgindir, ayrı-ayrı ölkələrdə yeni antirekordlar qeydə alınır. Virusun mutant ştamları - alfa, beta, qamma, delta və s. əmələ gəldi və onların ümumi bir xüsusiyyəti yoluxma qabiliyyətinin artmasıdır. Bir neçə həftə bundan əvvəl ölkəmizdə epidemioloji vəziyyət kifayət qədər sabitləşmişdi, yoluxma statistikası iki-üç rəqəmli idi. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah yumşaltma barədə qərar qəbul edərək kütləvi məclislərin, o cümlədən şadlıq məclislərinin keçirilməsinə icazə verdi. Həmin məclislərdə qaydalara əməl olunmaması öz növbəsində yoluxanların və xəstələnənlərin sayının çoxalmasına səbəb oldu. Şübhəsiz ki, bu, artımın əsas səbəblərindən biri də yoluxuculuğu yüksək olan “delta” ştamının yayılması ilə bağlıdır. Turizm mövsümü də yoluxmaların sayının artmasına ciddi təsir göstərir”.
Professor yoluxma sayının artmasının vaksinasiyanın aparıldığı şəraitdə müşahidə edilməsinə aydınlıq gətirib: “2,4 milyondan çox vətəndaşa iki doza peyvənd vurulduğunu nəzərə alsaq, bu, ölkə üzrə təqribən 24 faiz edir. Əslində o qədər də yüksək rəqəm deyil. Pandemiyanın dayanması üçün isə əhalinin 70-80 faizinin peyvənd edilməsi lazımdır. Elə bu rəqəmlərdən görmək olur ki, ölkəmizdə peyvənd edilənlərin sayı pandemiyanın dayanması üçün yetərli deyil. Yoluxma saylarında artım həm də bununla əlaqədardır”.
Onun sözlərinə görə, Azərbaycan COVID-19 əleyhinə vaksinasiyaya ilk başlayan ölkələrdən biridir. Təəssüf ki, prosesin əvvəlində əhali arasında ona adekvat münasibət yox idi. Lakin son vaxtlar peyvənd aparılan məntəqələrdə kütləvi axının olması münasibətin yaxşılığa doğru dəyişdiyini, əhali arasında vaksinasiyanın əhəmiyyətini və vacibliyini qiymətləndirənlərin çoxaldığını göstərir. Kütləvi yerlərə COVID pasportu olmayanların buraxılmaması da zərurətdən irəli gələn məsələdir. Çünki həmin məkanlar yoluxmanın yayıldığı əsas yerlər hesab olunur. Həmin məkanlarda bir nəfər xəstə onlarla sakini yoluxdura bilər. Belə olanda vətəndaşlar da peyvəndin zəruriliyini başa düşməyə başlayacaqlar. Burada yeganə məqsəd yoluxma sayının çoxalmaması və ölüm hallarının olmamasıdır. Bu tədbir vətəndaşları istənilən məkana məhdudiyyətsiz daxil olmağa və əvvəlki həyata qayıtmaq üçün vaksinasiyaya bir növ motivasiya edir.
Professor daha sonra deyib: “Peyvənd olunmaq bizim vətəndaşlıq borcumuzdur. Peyvənd olunmaqla təkcə özümüzü deyil, ətrafdakıları da qorumuş oluruq. Ona görə də yaşı 18-dən yuxarı olan hər kəsin peyvənd vurdurması lazımdır, zəruridir və vacibdir. Ölkəmizdə ən geniş istifadə olunan Çinin “ SinoVac” şirkətinin “CoronaVac” peyvəndidir. Bu, kifayət qədər effektli, tərkibi öldürülmüş COVID viruslarından ibarətdir. Onun vurulması zamanı öldürülmüş virus orqanizmə düşür, heç bir xəstəlik, əlavə və yan təsirlər törətmir, orqanizmdə həmin virusa qarşı immunitet yaradır. Bu, bizi canlı viruslardan, xəstələnmədən qoruyur. Hər bir peyvəndin içərisində olduğu kimi, onun da daxilində istehsalçı tərəfindən vaksinin tərkibi, ona olan əks-göstərişlər və əhəmiyyəti barədə həm Çin, həm də ingilis dillərində məlumat var”.
İnsanlar bəzən yan təsiri olacağından ehtiyat edib peyvənd vurdurmaqdan çəkinirlər. Bu barədə sualı cavablandıran Akif Qurbanov bildirib ki, indiyədək istər Azərbaycanda, istərsə də digər ölkələrdə milyonlarla insan həmin peyvəndi vurdurub və indiyədək onların arasında fəsadlaşma halı qeydə alınmayıb və bundan sonra da alınmayacaq. Ətrafımızda gəzən canlı virusdan ehtiyat etməyənlər peyvəndin tərkibində olan öldürülmüş virusdan niyə ehtiyat edirlər?
“Nəzərə almaq lazımdır ki, peyvəndləmə tibbin inkişaf etməyə başladığı ilk dövrlərdən insanları kütləvi yoluxucu xəstəliklərdən xilas edən yeganə vasitə olub. Vaxtilə təbii çiçək adlandırılan xəstəlik var idi. 1978-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı həmin xəstəliyin peyvəndləmə nəticəsində ləğv edildiyi barədə məlumat verdi. Halbuki təbii çiçək xəstəliyi COVID-dən də çox qorxulu və təhlükəli xəstəlik idi, 40-50 faizə qədər ölümlə nəticələnirdi. Hazırda dünyaya gələn körpələrə ona qarşı da peyvənd vurulur. Məsələn, hepatit B əleyhinə, difteriya, göyöskürək, qızılca, məxmərək kimi xəstəliklərə qarşı lap uşaqlıqdan peyvənd edilir. Onların hansında buna görə fəsadlaşma baş verib? Peyvəndin faydası ondan ibarət olub ki, həmin öldürücü xəstəliklər onların həyatından yan ötüb. COVID əleyhinə olan peyvənd də elə həmin prinsiplərlə hazırlanıb. Bəzən onun tez hazırlanmağı ilə əlaqədar narahatlıqlar olur. Biz texnologiyalar əsrində yaşayırıq. On illər bundan qabaq illərlə vaxt sərf edilən iş indi bir ilə, hətta beş-altı aya da başa gəlir. Elə həmin texnologiyalar hesabına da indi hər şeyi daha tez və daha sürətli etmək olur, - deyə o əlavə edib.

Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |