13.12.2012 [14:37] - Xəbərlər, Mədəniyyət
Isgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qarabağ Fondunun Amerikada Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar keçirdiyi silsiləvi sərgilər çərçivəsində Amerika arxivlərində Azərbaycan mədəniyyətinə və tarixinə aid geniş araşdırmalar aparılır.
Araşdırmalar zamanı Şah İsmayil Xətainin uzun illər ərzində axtarılan yeganə əlyazması olan divanı tapılıb. 1520-ci ilə aid, 104 səhifədən ibarət əlyazmada 3 illustrasiya və heyrətamiz gözəl kalliqrafiya və rəng keyfiyyətindən istifadə edilib.
Əlyazma Birinci dünya müharibəsi ərəfəsində Alman zinət əşyaları taciri H.V tərəfindən alınaraq Almaniyaya və İkinci dünya müharibəsi ərzində təhlükəsizlik üçün Parisə köçürülüb. Lakin bir müddət itkin düşdüyü sayılan əlyazma tacirin nəvəsi tərəfindən Amerikaya digər ailə xəzinəsi ilə birgə gətirilib və 1960-cı ildə Amerikada muzeyə hədiyyə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının müraciəti əsasında əlyazmanın arxivdən çıxarılaraq baxılmasına icazə verilib. Artıq yüksək ixtisasli mütəxəssislər tərəfindən əlyazma bütünlüklə digitallaşdırılaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təqdim edilib. Bununla yanaşı, ilk dəfə olaraq fərdi kolleksioner öz arxivindən Mərkəzə Səfəvilər dövrünün 1530-ci ilinə aid qızıl işləmələrlə yazılmış 9 səhifə nəfis əlyazma hədiyyə edib. Əlyazmanın dekabrın 15-i Nizami Gəncəvinin 870 illik yubileyinin yekununa həsr olunmuş növbəti sərgidə təqdim olunmasi nəzərdə tutulur.
Sərginin Fəxri Qonaği Qırğızıstanın Sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Roza Otunbayevadır. Bu layihələr Gəncə şəhər İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Vaşinqtondakı səfirliyinin iştirakı ilə həyata keçirilir.

Bu xəbər oxucular tərəfindən 2618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |