Şrift:
Böyük Britaniya antikor testlərinin tətbiqinə başlayır
24.08.2021 [10:53] - Gündəm, Sağlıq
Böyük Britaniya antikor testlərin tətbiqinə başlayır.

Müsbət koronavirus hadisələrində antikor səviyyələrini izləmək və ortaya çıxan məlumatları qiymətləndirmək üçün ölkədə ilk dəfə kütləvi şəkildə antikor testləri ictimaiyyətə təqdim ediləcək.

Hökumət test proqramı vasitəsi ilə insanların koronavirusa yoluxduqdan sonra təbii qorunmanın nə dərəcədə olduğunu öyrənməyi hədəfləyir.

Çərşənbə axşamından etibarən tətbiq ediləcək proqramda 18 yaşdan yuxarı hər kəs PCR testi ilə birgə antikor test proqramından da qeydiyyatdan keçə biləcək.

Səhiyyə naziri Səcid Cavid proqrama qoşulmağın tez və asan olacağını söyləyib. O, test proqramı ilə virusa yoluxmuş, lakin antikor istehsal edə bilməyən insanlar haqqında məlumat əldə etməyin mümkün olduğunu bildirib.

Proqramı idarə edəcək “Sağlamlıq Təhlükəsizliyi Agentliyi” İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadakı Milli Sağlamlıq Xidməti (NHS) qrupları ilə birgə fəaliyyət göstərəcək.

Qeyd edək ki, antikor testləri əvvəllər ölkədə məhdud sayda istifadə edilib.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed