Şrift:
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Özbəkistana 18,9 milyon dollar ayırıb
24.08.2021 [11:01] - Xəbərlər, İqtisadiyyat
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Özbəkistanda aqrobiznesin inkişafına 18,9 milyon dollar ayırıb

Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı USAİD Missiyasının direktoru Mikaela Meredit və kənd təsərrüfatı naziri Camşid Xocayev arasında memorandum imzalanıb.

Özbəkistanda aqrobiznesin inkişafına ayrılan yeni layihə 18,9 milyon dollar həcmində qiymətləndirilir.

İmzalanma mərasimində Mikaela Meredit bildirib ki, USAİD Özbəkistanın kənd təəsərrüfatında çalışan qadınların dəstəklənməsi üçün əlavə 1 milyon dollar həcmində vasait ayırır. Bu vəsait kənd yerlərində sahibkarlığın inkişafına, informasiya texnologiyalarının genişləndirilməsinə və kommersiya müəssisələrinin açılmasına yönəldiləcək.

Layihə 5 il üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed