Şrift:
Tokioda COVID-19 xəstələri üçün “oksigen stansiyası” açılıb
24.08.2021 [11:19] - Gündəm, Sağlıq
Tokionun paytaxt hökuməti koronavirusun sürətlə yayıldığı şəraitdə zəif simptomlara malik xəstələrə yardım göstərilməsi üçün “oksigen stansiyası” açıb.

İlk belə stansiya paytaxtın Şibuya rayonu ərazisində fəaliyyətə başlayıb. Bütün sutka ərzində fəaliyyət göstərəcək stansiyada 130 çarpayının yerləşdirildiyi, onun 3 həkim və 25 tibb bacısı ilə təchiz olunduğu bildirilir.

Qeyd edək ki, stansiya əsasən, evdə müalicə olunan zəif simptomlara malik xəstələr üçün nəzərdə tutulub, lakin onların vəziyyəti ağırlaşdıqda təcili yardım çağırılır. Həkimlərin rəyinə görə vəziyyəti ağır olan xəstələr də xəstəxanaya yerləşdirilir.

Tokio hökuməti ümid edir ki, belə stansiyalar fövqəladə yardım xidmətinin və tibb mərkəzlərinin yükünü azaltmağa yardım edəcək.

Çarpayıların ümumi sayını 400-ə çatdırmaq üçün paytaxtda daha iki belə stansiyanın açılması nəzərdə tutulur.

Son məlumatlara görə hazırda Tokioda 39 minədək xəstə ya evdə müalicə alır, ya da xəstəxanaya yerləşdirilmək üçün növbəsini gözləyir.
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed