Şrift:
TÜRK MƏDƏNİYYƏTİ VƏ DİN
13.12.2012 [16:05] - DAVAMın yazıları
Elnur Türkəm Manafov

“Mədəniyyət” ərəbcə bir kəlmədir. Latınca bu kəlmənin mənası “cultura” kimi işlənir. Mənası əkib-biçmək kimi anlamlara gəlir. Eyni zamanda bu kəlmə bir çöx keyfiyyət və dəyərləri özündə birləşdirir.

“Mədəniyyət” haqqında istər şərq, istərsə də qərb bilginləri bir çox təriflər vermişdilər. Bu gündə bir çox dünya sosioloqları tərə
findən yeni-yeni təriflər verilməkdədir. Mədəniyyət elə bir qavramdır ki, onu tərif verməklə tam anladmaq mümkün deyildir. Tarixçilərdən tutmuş atropoloqlara qədər bütün sahənin mütəxəssisləri mədəniyyətə tərif vermiş bu kəlməyə müxtəlif yöndən yanaşmışdılar. Bütün bu müxtəlifliklərə və ifadə fərqliliklrinə baxmayaraq demək olar ki bütün sahənin düşünürləri eyni həqiqəti dilə gətirmişdir.

Mədəniyyət, insanın insan tərəfindən təsis edilmiş maddi və mənəvi ünsürləri meydana gətirmiş çevrəsini ifadə edər. İnsan, tarixi zaman içərsində özündən əvvəlki nəsillərdən görüb götürdüyü ünsürləri, dəyərləri alıb, onu qismən inkişaf etdirərək onu gələcək nəsillərə ötürər. Bir millət tərəfindən dəyərlərə verilən qiymətin əyarı gələcək nəsillərə doğru azalmaz, əksinə millətlərin fərdləri tərəfindən inkişaf etdirilərək daha da artar. Maddi sərvətlərlə yanaşı, mənəvi dəyərlərdə atadan –oğula, nəsildən –nəsilə ötürülür. Millətlərdə mənəvi dəyərlərlə dolu olan xəzinə mədəniyyətin sosial mirası adlanır.

Mədəniyyətin sosial mirası özü belə iki yerə ayrılır. Maddi miras və mənəvi miras. Məsələn: Tarix boyu əcdadlarımızın tikdiyi abidələr, yollarımız, texnologiya, istehsalat, nəqliyyat vasitələrimiz kimi gözlə görünən maddi ünsürlərdən ibarət yəni öz əsərlərimizdən ibarət ətrafımızdakı hər şey maddi miras adlanır.

Mənəvi mədəniyyət mirası, bir milləti millət edən, onun kimliyini formalaşdıran səbəblər və maddi mirasında içini dolduran mütəvvaddan ibarətdir. Nəsildən – nəsilə keçən davranışlar, hadisələrə və dünyaya baxış formasını təşkil edən mənəvi miras, yaşanılan cəmiyyətdə yazılmamış qayda və qanunları özündə əks etdirir. Türk milləti olaraq bizə əcdadlarımızdan qalan mənəvi mirasın zənginliyi bu gün özünü qabarıq şəkildə göstərməkdədir. Mənəvi mirasımızın ən öndə gələni, azadlığımızı bir an belə unutmamağımızdır ki, tarix boyu qurduğumuz dövlətlərlə fəxr edə bilərik.

Mədəniyyətin ən vacib ünsürlərindən biri olan din, üzərində geniş araşdırma aparıla biləcək sahədir. Müxtəlif elm sahələrinə mənsub elm adamlarının; kainat, insan, cəmiyyət və fizik ötəsini tərif edərkən qarşılaşdıqları ən dərin və çətin mövzu – dindir. Bildiyimiz kimi insanın qəbul edib inandığı bir çox dinlər vardır. bu dinləri iki hissəyə ayırmaq olar. Səmavi dinlər və Batil dinlər. Yeri-göyü, sonsuz kainatı yoxdan var edən VARLIQ tərəfindən peyğəmbərlər vasitəsi ilə insanlara çatdırılan dinlərə Səmavi dinlər deyilir ki, bunada islam, xristianlıq və yəhudilik daxildir. Şəxslər tərəfindən sistemli olaraq cəmiyyətdə yaradılan inancları insanların qəbul etməsi ilə yaranan dinlər isə Batil dinlər adlanır ki, buna da hinduizm, buddizm, şinto, karma fəlsəfəsi, zərdüştlük və s.

Bütün insanlar nəyəsə inanmaq məcburiyyətindədir. Çünkü inanmaq istəyi insanın fitrətində vardır. Allahı, yaradanı inkar edən ateistlər belə onun var olmadığına inanmaqdadırlar. Dinsizlik isə, adından da aydın olacağı kimi, din əxlaqını tamamilə rədd edən, Allahın varlığını inkar edən bir anlayışdır. Lakin, bu an dünya üzərində "din" olaraq adlandırılmayan, amma əslində sanki bir dinmiş kimi mənimsənən başqa inanc sistemləri də mövcuddur. Belə ki,biz dünya üzərində hakim olan materializm, kommunizm kimi ideologiyaları, bunların özlərinə sözdə elmi dayaq olaraq gördükləri Darvinizmi və bunların xaricində də dinsizliyə söykənən bütün sistemləri "dinsizliyin dinləri" olaraq təyin etdik. Çünki, bu ideologiyalar inanclarıyla, tətbiqləriylə, gündəlik həyata yönələn qaydalarıyla dinsiz bir din halını almışlar. Hər birinin sanki ilah olaraq gördükləri öndərləri, hər bir sözünü əzbərdən bildikləri və əsla dəyişdirilə bilməyəcək bir gerçək olaraq qəbul etdikləri kitabları vardır. Dinsizlik dinini müdafiə edənlərin qarşılarındakı ən böyük problemlər isə Allahın inanan qullarına bir rəhbər olaraq endirdiyi vəhyi, yəni Qurani Kərim və Peyğəmbər Əfəndimizin (s.ə.v) sünnəsidir. Quranda, sözünü etdiyimiz batil dinlərə qarşı aparılan mübarizə təsvir edilməkdə və bu şərəfli vəzifə inananlara verilməkdədir.

Əslində bizim üzərində durmaq istədiyimiz əsas nöqtə İslam dini və milli mədəniyyətimiz arasındakı münasibətlər olduğu üçün mövzunun bu bölümü üzərində daha çox durmamız lazımdır. Yol, adət, qanun, hakimiyyət, təslimiyyət və başqa bir sıra mənalar bildirən din, termin olaraq baxdıqda; Allahın peyğəmbərləri vasitəsi ilə insanlara göndərdiyi, insanları öz iradələri ilə seçib, dünya və axirətdə özlərini səadətə götürəcək inanc, ibadət və əxlaqi hökümlərin cəmini özündə birləşdirdiyini görürük.
İslam dinini yarandığı gündən bu günə qədər qəbul edən millətlərin tarixi yaddaşı, coğrafi mövqeyi və adət ənənələri ilə qaynayıb qarışan, bu gün adına “İslam Mədəniyyəti” və ya “İslam Kültürü” də deyilən bir tarixi mirası vücuda gətirmişdir. Bu İslam mədəniyyətin inşasında danılmaz böyük əməyi olan Türk millətinin mədəniyyət və tarixi kimliyinin püxtələşməsində və yaranmasında İslam dininin rolunu və önəmini inkar etməmiz mümkün deyildir. Şübhə yoxdur ki millətimiz müsəlmandır. Dünya Türklüyünün demək olar ki tamamı bu dini qəbul etmişdir və min ildir ki ona ürəkdən bağlıdır. Tarix boyu Türk milləti həm qılıncı həm də qələmi ilə ona xidmət göstərmiş və bu xidmət tarixin bütün səhifələrində özünü qabarıq şəkildə göstərmişdir.
Türklər müsəlman olduqdan sonra öz adət-ənənələrinə əlavə olaraq İslam mədəniyyətinin əsas xüsusiyyətlərindən olan; iman, elm, əxlaq, faydalı olma, birlik nümayişi, sədaqət və başqa xüsuslarla birləşmiş şəkildə, İslam Mədəniyyətinin qaynaqlarını təşkil edən; Quran, Sünnət, Təsavvuf, Adət və Ənənələr, İslami Elmlər və tarixi zaman içərsində yeni bir kimlik və mədəniyyət inşa etdiyi görülür.

Bir neçə misal vermək lazımdırsa, elm və fikir sahəsində Zəməxşəri, Ebus-Suud, İbn Sina, Fərabi, Biruni, tasavvuf sahəsində Əhməd Yasəvi, Mövlana Cəlaləddin Rumi, Hacı Bektaş Vəli, Yunis Əmrə; tarixi şəxsiyyət olaraq Məlikşah, Alp Arslan, Fateh Mehmet, Qanuni və yüzlərlə belə şəxslər sadəcə İslam mədəniyyətinin inciləri deyil, eyni zamanda ad-sanı bütün dünya tərəfindən qiymətləndirilmişdir.

Eyni zamanda millətimiz, İslamiyyətin əsasını təşkil edən Tövhid əqidəsi ilə, yaşayışımız və qurduğumuz mədəniyyəti şəkilləndirdiyi, cəmiyyətin həm aşağı həm də yuxarı sosial təbəqələşməsinə imkan vermədən bütünlük halında inkişafını görürük. Məscidlər, karvansaraylar, xanələr, hamamlar, şəfaxanalar, imarətlər, kitabxanalar, vəqflər və mədrəsələr; İslamın, infaq, zəkat və sədəqə kimi maddi ibadət anlayışı bizim maddi mədəniyyət mirası ilə, mənəvi mədəniyyət mirasımızı daha dolğun və daha gözəgəlimli etmişdir.

Çox köklü idarə və təşkilatçılıq mədəniyyətinə sahib olan türk milləti islamın ədalət prinsipi üzərində inşa edilmişdir. Tarix boyu əcdadlarımız ədalət anlayışını idarəçiliyin ana sütunu hesab etmişdir. Bu ədalət anlayışı millət olaraq islamdan əvvəldə kimliyimizdə mövcud olmuş, islamla tanışdıqdan sonra daha da püxtələşmişdir. Tarixə nəzər salsaq görərik ki, təbəəmiz olduğu digər millətlər arasında da heç bir irqi, dini fərq qoymamışıq. Getdiyimiz və fəth etdiyimiz torpaqlarda böyük mədəniyyətlər yaratmış və əsərlər inşa etmişik. Səlcuqlular, Osmanlılar tarixinə baxmaqla bu dediklərimizi subut etməyə kifayət edər. Biz türk milləti olaraq dünya mədəniyyət mirasına ən çox tövhələr bəxş edən millətik. Və bununla fəxr edirik. Və bu irqçilik deyildir. Dünyaya verdiyimiz dəyərlərlə fəxr etmək bizim təbii haqqımızdır.

Bu gün türklərin var olduğu dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digərlərinin sosial tərkibinə baxdıqda müxtəlif xalqların və dinlərin mənsublarını görürük. Tolerantlıq, digər millətlərə qarşı xoş münasibət bu dövlətlərin əsas idarəçilik mexanizimini təşkil edir. Bəzən bu xoş rəftar, özümüzlə eyniləşdirmək bizim üçün ağır fəsadlar törətmiş, torpaq itkisinə, bir sıra qətlimlara gətirib çıxartmışdır. Amma, bütün bunlara baxmayaraq milli kimliyimizdən gələn yumşaqlıq və təvazökarlıq bizi helə də bu mövqedə saxlamağa məcbur edir......
Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed