Şrift:
Beni Qants: “İran beynəlxalq ticarəti və gəmilərin sərbəst hərəkətini təhdid edir”
24.08.2021 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu barədə avqustun 23-də Kipr Respublikasının bu ölkəyə səfər etmiş xarici işlər naziri ilə görüşdən sonra “Twitter” hesabında paylaşım edib.

B.Qants deyib ki, o Kiprin xarici işlər naziri ilə keçirdiyi görüşdə İranın Orta Şərqdə və Aralıq dənizi hövzəsində gündən-günə artan təhdidlərinin qarşısını almaq üçün iki ölkənin müdafiə sahəsində birgə əməkdaşlığının genişləndirilməsi xüsusunda fikir mübadiləsi aparıb.


“Kiprin xarici işlər naziri ilə apardığımız danışıqlarda hər ikimiz, İranın regionda artmaqda olan təcavüzkarlığı qarşısında vahid beynəlxalq bir cəbhənin yaradılmasına ehtiyac duyulduğu barədə eyni fikirdəydik.


Hesab edirik ki, İranın regional varlığı beynəlxalq ticarəti, gəmilərin sərbəst hərəkətini və insanların həyatını təhdid edir. Bunun isə qarşısı alınmalıdır”, -deyə İsrailin müdafiə naziri Beni Qants bildirib.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed