Şrift:
Özbəkistan yenidən qızıl satışını dayandırıb
25.08.2021 [10:19] - Gündəm, İqtisadiyyat
Özbəkistan Mərkəzi Bankının məlumatına görə yenidən qızıl satışı dayandırılıb.

Dünya bazarında qızılın qiymətinin aşağı düşməsi ilə bağlı Özbəkistan ötən ilin may ayında bu qiymətli metalın satışını dayandırmışdı. Bu ilin may ayında qızılın unsiyasının qiyməti 1900 dollara qalxdığından Özbəkistan həmin ay 1,2 milyard, iyun ayında isə 191 milyon dollar dəyərində qızıl satıb.

Hazırda qızılın unsiyası dünya bazarında 1782 dollara satılır.

Son məlumata görə, Özbəkistanın qızıl ehtiyatı 21,5 milyard dollar dəyərindədir. Bu isə 367 ton qızıl deməkdir. Son bir neçə ayda ölkənin təmiz qızıl ehtiyatı 9, 1 milyard dollar artıb.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed