25.08.2021 [10:25] - Gündəm, Sağlıq
Yaponiya hökuməti koronavirus pandemiyasına görə daha səkkiz prefekturada fövqəladə vəziyyət rejimi tətbiq edəcək.
Bu barədə Yaponiyanın iqtisadiyyatın bərpası naziri Yasutoşi Nişimura ekspertlər komissiyasının avqustun 25-də keçirilən iclasında bəyan edib. Nazir bildirib ki, məhdudiyyətlər Aiçi, Qifu, Mie, Miyaqi, Okayama, Şiqa, Hiroşima və Hokkaydo prefekturalarını əhatə edəcək. Avqustun 27-dən qüvvəyə minəcək qadağalar sentyabrın 12-dək davam edəcək. Beləliklə, məhdudiyyətlər Yaponiyanın 47 prefekturasından 21-də tətbiq olunacaq.
Məhdudiyyətlər barədə qərarın gün ərzində koronavirusa qarşı mübarizə üzrə hökumət qərargahının iclasında təsdiq ediləcəyi gözlənilir. Axşam saatlarında Baş nazirin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi də bildirilir.
Bununla yanaşı, koronavirusa qarşı fövqəladə vəziyyət rejiminə qismən yumşaq olan digər məhdudiyyətlərin tətbiq olunduğu prefekturaların sayının artırılacağı da bildirilir. Odur ki, belə prefekturaların sayı səkkizdən on ikiyə qalxacaq. Hər iki rejim ictimai iaşə müəssisələrinin axşam saat 20:00-dan bağlanmasını və spirtli içkilərin satışına qadağanı nəzərdə tutur. Həmçinin, şirkətlərdən əməkdaşların 70 faizini məsafədən işə cəlb etmək tələb olunur.
Əlavə olaraq qeyd edək ki, son həftələrdə Yaponiyada koronavirusun yayılması ilə əlaqədar vəziyyət pisləşir. Gündəlik yoluxma sayında antirekordlar qeydə alınır. Son məlumatlara görə, pandemiya başlayandan koronavirusa yoluxanların ümumi sayı 1,34 milyon nəfəri ötüb. Bunlardan 15,7 mininin həyatını itirdiyi bildirilir.

Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |