14.12.2012 [09:52] - Gündəm, Güney Azərbaycan xəbərləri
BMT-nin nüvə üzrə müfəttiş heyəti Tehranın mübahisəli nüvə proqramı ilə bağlı müzakirələr aparmaq üçün İrana səfər edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin yeddi nəfərdən ibarət qrupu avqust ayında dayandırılan müzakirələri yenidən bərpa etmək üçün Tehrana bu gün gedib.
Qrupa başçılıq edən müfəttiş Herman Hakerts danışıqlar zamanı diqqət mərkəzində İranın nüvə silahı istehsalı məsələləsinin yer alacağını deyib.
İranın nüvə proqramını dinc mahiyyət daşıdığını deməsinə baxmayaraq, BMT Nüvə Agentliyi İranın müfəttişlərinin Qərbin nüvə silahı istehsal edildiyindən şübhələndiyi Pərçin hərbi bazasına getmələrinə icazə verməsini istəyir. İran isə Pərçinin adi hərbi baza olduğunu deyir.

Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |