Şrift:
Əbu-Dabi Yaxın Şərqin ən təhlükəsiz şəhəri adına layiq görülüb
26.08.2021 [14:19] - Gündəm, Sosial
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhəri “The Economist Intelligence Union” təşkilatının illik “Safe Cities Index 2021” reytinqində Yaxın Şərq regionunun ən təhlükəsiz şəhəri adına layiq görülüb. BƏƏ-nin paytaxtı sağlamlıq və infrastruktur təhlükəsizliyi göstəriciləri üzrə 100 mümkün baldan 77,3 bal toplayıb.

Reytinq cədvəlində dünyanın 60 şəhərinin rəqəmsal, sağlamlıq, infrastruktur, ətraf mühit, şəxsi təhlükəsizlik göstəriciləri yer alıb. Əbu-Dabi bu göstəricilər üzrə qlobal miqyasda 12-ci, Yaxın Şərqdə isə birinci yer tutub. BƏƏ-nin digər şəhəri – Dubay isə regionun ikinci ən təhlükəsiz şəhəri hesab olunub. Bu şəhərlər kibertəhlükəsizlik meyarları üzrə də etibarlı sayılıblar.

Reytinq cədvəlində dünyanın ən təhlükəsiz şəhəri 82,4 balla Kopenhagen elan edilib. Bundan başqa, 80 bal toplayan şəhərlər sırasında Toronto, Sinqapur, Sidney və Tokio var.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed