14.12.2012 [10:00] - Gündəm, Güney Azərbaycan xəbərləri
İran mətbuatı İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşının ölkəyə buraxılmadığı barədə məlumat yayıb.
Məlumata görə, hələlik adı açıqlanmayan həmin şəxsin xidməti pasportunun və 3 aylıq vizasının olmasına baxmayaraq Astara gömrük məntəqəsində yoxlamadan keçərkən ölkəyə buraxılmayıb. Məlumatda o da bildirilib ki, ali dini rəhbərin Azərbaycandakı təmsilçisinə 1 illik vizanın verilməsindən də imtina olunub. Bundan əvvəl isə İranın “Arannews” saytı İran səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşlarına viza verilmədiyi barədə məlumat yaymışdı.

Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |