Şrift:
ABŞ Prezidentindən İrana gizli danışıqlar təklifi
14.12.2012 [10:19] - Gündəm, Siyasət
Gələn ilin yanvarında, ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimindən sonra İrana birbaşa və gizli danışıqlar təklif olunacaq.

İsrail mətbuatının məlumatına görə, bu zaman İsrailin məsələ ilə bağlı münasibəti nəzərə alnmayacaq. Təklifin birbaşa prezident səviyyəsində ediləcəyi bildirilir.

Danışıqlar İranda MAQATE nümayəndə heyətinin işi ilə paralel aparacaq. Gələn ilin yazında İranın artıq 230 kiloqram 20 faiz zənginləşdirilmiş urana sahib olacağı ehtimal edilir. Bu isə bir atom bombası hazırlamaq üçün kifayətdir. Məlumata görə, Obamanı İranla gizli danışıqlar təklifinə də məhz bu vadar edir.
Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed