27.08.2021 [15:10] - Xəbərlər, Mədəniyyət
Dünyada, o cümlədən region ölkələrində koronavirusa yoluxma sayı hər gün artır. Azərbaycanda da son günlər COVID-19-a yoluxma sayında artım müşahidə olunur. Vaksin pandemiyanın fəsadlarını aradan qaldırmaq, virusun yoluxma sürətini azaltmaq üçün yeganə çıxış yoludur. Azərbaycan koronavirusa qarşı mübarizə aparmaq üçün bütün imkanlarını səfərbər edən, o cümlədən peyvəndi tətbiq edən ilk ölkələrdən biridir. Peyvəndlənmiş insanların sayına görə də Azərbaycan dünyada öndə gedən ölkələrdəndir. Respublikamızda koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb və hazırda uğurla davam etdirilir.
Bu fikirləri açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib. O bildirib ki, vaksinasiyanın məqsədi bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ən əsası, ölüm halının qarşısını almaqdan ibarətdir. İnsanlar cəmiyyətdə yayılan şayiələrə deyil, elmi əsası olan informasiyalara etibar etməlidirlər.
Artıq yeni tədris ilinin astanasındayıq. Hansı tədris formasının - ənənəvi, distant, yoxsa hibrid tətbiq olunacağı cəmiyyəti düşündürən aktual sualdır. Lakin bu suala qəti cavab təhsil sistemində çalışanların vaksinasiya olunma səviyyəsindən əsaslı sürətdə asılıdır. Ənənvi tədrisə başlamaq üçün təhsil sistemində çalışanların azı 80 faizi vaksinin 2 dozasını almalıdır. Lakin bu günə olan məlumatlara əsasən, ümumilikdə ölkə üzrə ümumi təhsil müəssisələrində 137 min təhsil işçisi vaksin olunub ki, bu da 61 faiz təşkil edir. 33 min ali təhsil müəssisəsi əməkdaşından 16 min nəfəri, peşə təhsili müəssisələrində fəaliyyət göstərən 4 min 400 nəfərdən isə 3 min 38 nəfər hər iki doza peyvənd olunub.
Qoşqar Məhərrəmov vurğulayıb ki, bəzi insanlar vaksin vurdurmaqdan müxtəlif yollarla yayınırlar - saxta COVID-19 pasportu, əks-göstəriş sertifikatı almağa çalışırlar. Lakin bu, vəziyyətdən çıxış yolu deyil. İnsanlar ictimai məsuliyyət hiss etməlidirlər.
“Pandemiyanın aradan qaldırılması üçün hər kəs fəallıq göstərməlidir. Gözəgörünməz düşmənlə mübarizədə hamı birlik nümayiş etdirməlidir. Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə və üç qızıl qaydaya - tibbi maskadan istifadə etməyə, sosial məsafəni saxlamağa, gigiyena qaydalarına riayət etməyə səsləyirəm. İstər ictimai nəqliyyat vasitələrində, istərsə də qapalı məkanlarda qorunma tədbirlərinə nə qədər doğru şəkildə əməl olunsa, bir o qədər çox qorunmuş oluruq. Xəstəliyi əvvəl keçirənlər və peyvənd olunanlar da hər kəs kimi karantin qaydalarına riayət etməlidir”, - deyə Qoşqar Məhərrəmov qeyd edib.

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |