27.08.2021 [15:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bildirilir ki, “İraqa dəstək” adlı toplantıya İrandan başqa regionun bir sıra ölkələrnin, o cümlədən də Səudiyyə Ərəbistanı və Misir nümayəndələri də qatılacaq.
Bildirilir ki, “İraqa dəstək” adlı bir günlük iclasın keçirilməsində məqsəd, Yəmən savaşında öz təmsilçi qüvvələri ilə üz-üzə duran Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqləri ilə İran İslam Respublikası arasında yaşanan çaxnaşma və gərginliyi aradan qaldırmaqdır.
İraq hökuməti son aylar İranla Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirakı ilə birgə iclaslar keçirərək, Tehranla Ər-Riyad arasında diplomatik əlaqələrini yenidən bərpa etmək üçün vasitəçilik etməyə çalışıb.
Xatırladaq ki, rəsmi Ər-Riyad bu ölkənin Tehrandakı səfirliyi 2015-ci ildə rejimə bağlı “Hizbullah”çı qüvvələr tərəfindən hücuma məruz qalmasından sonra Tehranla diplomatik əlaqələrini dayandırıb. Misir isə 1980-ci ildən İranla diplomatik əlaqələrini kəsib.

Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |