Şrift:
Türkiyə Superliqası: "Qalatasaray" səfərdə "Kasımpaşa"nın qonağı olub
30.08.2021 [09:37] - Gündəm, İdman
Avqustun 29-da futbol üzrə Türkiyə çempionatının III turuna yekun vurulub.

Günün birinci oyununda "Qalatasaray" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2. Günün digər - "Sivasspor" - "Göztəpə" matçında da hesab 2:2 barəbərliklə bitib. "Fənərbağça"da rəqib meydanda "Altay"ın qapısından iki cavabsız top keçirib. "Giresunspor" klubu isə doğma meydanda "Trabzonspor"a minimal hesabla uduzublar.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 9 xalla "Trabzonspor" başçılıq edir. İkinci pillədə onunla eyni xal toplayan "Fənərbağça", üçüncü pillədə isə 7 xala malik olan "Beşiktaş" qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed