30.08.2021 [09:41] - Gündəm, Sosial
Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir.
Bu barədə hökumətin yaydığı məlumatda deyilir.
Danimarka Səhiyyə naziri Magnus Xoinikenin sözlərinə görə, ölkə əhalisinin əksəriyyətinin peyvəndlənməsi pandemiyanın hazırda nəzarət altında olduğunu və artıq cəmiyyət üçün ciddi bir təhlükə törətmədiyini göstərir.
Hökumətin məhdudiyyətlərdən imtina qərarı danimarkalıları koronavirus sertifikatı təqdim etmək tələbindən azad edir.
2020-ci ilin mart ayından etibarən Danimarka COVID-19-u cəmiyyət üçün ciddi təhlükə yaradan təhlükəli bir xəstəlik kimi təsnif etməyə başlayıb. Bu təsnifat hökumətə insanların gündəlik həyatına ciddi məhdudiyyətlər qoyma səlahiyyətini verib. Buna görə də, hakimiyyət məktəbləri, uşaq bağçalarını, universitetləri və bir çox dövlət müəssisələrini bağlı saxlayıb.
Hakimiyyət habelə, virusun yayılmasını dayandırmaq üçün uzun müddətdir ki, digər əhəmiyyətli məhdudiyyətlərdən də istifadə edib

Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |