Şrift:
Sumqayıtlı şəhidin yaşadığı binanın önündə xatirə abidəsi açılıb
31.08.2021 [10:50] - Xəbərlər, Hərb
Sumqayıtda şəhid mayor Taleh Kərimovun yaşadığı binanın həyətində xatirə abidəsi yaradılıb.

Xatirə abidəsinin açılış mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıtın 10-cu mikrorayonunda yaradılan abidənin örtüyü götürülüb, önünə əklillər və gül-çiçək dəstələri qoyulub.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində şəhidlərin qanı yerdə qalmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Həmçinin böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb, Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb.
Bu xəbər oxucular tərəfindən 2220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed