01.09.2021 [09:57] - Gündəm, Mədəniyyət
“Kyiv Book Art Fest” Beynəlxalq Kitab Festivalında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının ukrain dilinə tərcümə olunmuş kitabının təqdimatı olub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamından irəli gələrək Ukraynada “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən "Leyli və Məcnun" kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir.
Ukraynanın əməkdar incəsənət xadimi, tanınmış yazıçı, tərcüməçi Aleksey Kononenko Ukrayna-Azərbaycan ədəbi prosesinin inkişafının əhəmiyyətindən və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin buna verdiyi son dərəcə əhəmiyyətli töhfəsindən danışıb. Onun sözlərinə görə, “Leyli və Məcnun” poemasının ukrain dilində nəşri Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.
Layihənin məsul katibi Marina Qonçaruk isə çıxışında bildirib ki, kitabın nəşri Ukrayna-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına xüsusi önəm verir. Nizami Gəncəvi dünyəvi mütəfəkkir olduğu üçün bu cür layihələrin gerçəkləşdirilməsi olduqca vacibdir.
Tədbirin sonunda iştirakçılara Mərkəzin Ukraynada və digər ölkələrdə işıq üzü görmüş kitablarının nüsxələri təqdim olunub.
Qeyd edək ki, kitabı ukrain dilinə görkəmli Ukrayna şairi və mütərcimi Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru Qriqori Quseynov, “Ön söz”ün müəllifi isə Aqafangel Krımskidir.

Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |