Şrift:
Ukraynadan xarici ölkələrə pul köçürülən ölkələr sırasında Azərbaycan ilk beşlikdədir
01.09.2021 [10:13] - Gündəm, İqtisadiyyat
2021-ci ilin yanvar-iyun aylarında Ukraynadan xaricə pul köçürmə sistemləri vasitəsilə 290 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz çoxdur.

“RBK-Ukrayna” saytına istinadla xəbər verir ki, Ukrayna Milli Bankının məlumatına əsasən pul köçürülən xarici ölkələr arasında Azərbaycan 4-cü yerdədir. Ən çox pul köçürmə Rusiyaya (29 faiz) olub. Sonrakı yerlərdə Gürcüstan (17 faiz), Türkiyə (5 faiz), Azərbaycan (5 faiz), Polşa (4 faiz) gəlir.

Pul köçürmə sistemləri vasitəsilə Ukraynaya 1,470 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed