01.09.2021 [10:21] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Mədəniyyət va Mərifət” televiziya kanalında “Oltin koprik Ozarbayjon” adlı veriliş yayımlanıb.
Verilişdə dili, dini, mədəniyyəti, adət və ənənələri bir-birinə yaxın olan xalqlarımızın tarixi dostluğu, Türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistanın ortaq dəyərləri geniş işıqlandırılıb.
Proqramda hər iki ölkənin alimləri tariximizə, ədəbiyyatımıza nəzər salıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi şəxsiyyətlərin ədəbi əlaqələrimizin inkişafında xidmətlərindən söhbət açıblar.
Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin (ÖDƏU) dosenti, Füzuli adına Mərkəzin direktoru Gülbahar Aşurova Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması, Özbəkistanda Prezident Şavkat Mirziyoyevin Sərəncamı ilə böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında məlumat verib.
AMM-nin direktoru Samir Abbasov xalqlarımızın dostluğu və dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışıb. O, həm orta əsrlərdə, həm də XX əsrdə mədəni-ədəbi əlaqələr, sovet dövründə ölkələrimizdə keçirilən ədəbiyyat-sənət dekadaları, mədəniyyət günləri, müstəqillik illərində bu istiqamətdə görülən işlər, dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlıq əlaqələrinin daha da inkişafı barədə məlumat verib.
Verilişdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova Özbəkistanla ədəbi əlaqələr və bu istiqamətdə görülən işlər haqqında söhbət açıb.
Proqramda ÖDƏU-də yaradılan Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyəti geniş işıqlandırılıb.
Verilişdə Özbəkistanın tanınmış ədəbiyyatşünas alimləri Mamatqul Hazratqulov, İslom Yoqubov, Abdulla Uluqov, Azərbaycan alimləri Paşa Kərimov, Akif Azalp, Ümid Mirzəyev və digərlərinin müsahibələri də yer alıb.

Bu xəbər oxucular tərəfindən 3076 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |