Şrift:
İrlandiya - Azərbaycan oyununu fransalı hakimlər briqadası idarə edəcək
02.09.2021 [14:01] - Gündəm, İdman
2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Jerom Brisara yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək.

VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed