14.12.2012 [16:22] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən İranın 7 özəl şirkətinə və 5 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Bu barədə ABŞ maliyyə nazirinin müavini Devid Kohen açıqlama verib.
O bildirib ki, sanksiyaya məruz qalan şirkət və şəxslər uranın zənginləşdirilməsi üçün İran hökumətinə dəstək olublar: “Bu cür fəaliyyət Avropa Birliyinin Təhlükəsizlik Şurası tərəfindən qadağan edilib. Ağ Evin sanksiya siyahısına yeni əlavə edilənlər İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıq edən şirkət və şəxslərdir. ABŞ hökuməti tərəfindən qəbul edilən İrana qarşı sanksiyalar da vətəndaşlarımızın sanksiyaya məruz qalan İrana bağlı şirkət və şəxslərlə iş əməkdaşlığını qadağan edir. Tehran AB Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə baxmayaraq, nüvə proqramını inkişaf etdirməyə davam edir. ABŞ İrana təzyiq göstərmək üçün xarici tərəfdaşları ilə əməkdaşlığa davam edəcək”.

Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |