Şrift:
Şəmkirdə sanitar-karantin qaydalarını pozan 56 nəfər şəxs məsuliyyətə cəlb edilib
03.09.2021 [14:01] - Gündəm, Hüquq
COVID-19 infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət–profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Mehmanxana müştərilərinin müvafiq COVID-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadlarını və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər.

Daha sonra monitorinq rayondakı digər iaşə obyektlərində də davam etdirilib. Araşdırmalar zamanı ümumilikdə 8 obyektdə 17 nəfərin müvafiq pasport olmadan qapalı məkanlara daxil olması aşkar edilib. Polis əməkdaşları həmin şəxslərə karantin qaydalarını xatırladıb və barələrində qanunamüvafiq tədbir görüb.

Bundan başqa, market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Rayon sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Aparılan mütəmadi profilaktiki tədbirlər nəticəsində fəaliyyətində karantin qaydalarına riayət edən obyekt sahibləri ilə bir daha maarifləndirici-izahedici görüş keçirilərək fəaliyyətlərini bu istiqamətdə olduğu kimi saxlamaları tövsiyə olunub. Araşdırmalar zamanı 31 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.
Bu xəbər oxucular tərəfindən 13080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed