04.09.2021 [11:29] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “Altılıq platforması” Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. Rusiya XİN nümayəndəsi Qarabağ məsələsinin Moskvanın diqqət mərkəzində olduğunu vurğulayıb. “Əsas səylərimiz razılaşmaların həyata keçirilməsinə yönəlib, prioritetlər arasında humanitar vəzifələrin həlli, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi var. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında və yeni regional reallıqları adekvat nəzərə almaqla işinin intensivləşdirilməsini dəstəkləyirik”, - o bildirib.
Bu platformanın yaxın gələcəkdə gerçəkləşməsi ehtimalı varmı? Gürcüstanın platformaya qatılacaqmı?
Cebhe.info-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, “Altılıq platforması”nın həyata keçməsində Rusiya maraqlıdır:
“Mariya Zaxarova bəyanatında Gürcüstanla razılaşma üçün Türkiyəyə ehtiyac olduğunu deməyə çalışır. Türkiyənin vasitəçiliyi olarsa, Rusiya və Gürcüstan arasında müəyyən məsələlərdə yumşalmalar ola bilər. Bir müddət əvvəl Rusiya bəyanat vermişdi ki, Gürcüstanla münasibətləri düzəltməkdə maraqlıdır. Düzdür, o açıqlamanın içərisində bir fikir var idi ki, əgər Gürcüstan Rusiyanın sərhədlərini tanıyarsa, danışıqlar baş tuta bilər.
Rusiya tərəfinin bu açıqlamada hansı sərhədləri nəzərdə tutduğu müəyyən deyil. Əgər Gürcüstanın işğal olunmuş ərazilərini öz ərazisi kimi qeyd edirsə, təbii ki, bu şəkildə heç bir danışıq və əməkdaşlıq mümkün deyil. Lakin Türkiyə ciddi güc olduğu üçün bölgədə barışdırıcı ölkə kimi tanınır. Bəzi məsələlərdə Türkiyənin Rusiya və Gürcüstan arasında vasitəçilik etməsi mümkün ola bilər. Əlbəttə ki, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində Rusiya ilə danışıqlarda nəticə əldə olunması mümkündür. Əslində Rusiya bu layihənin həyata keçməsini istəyir və “Altılıq platforması”na böyük marağı var”.
Partiya sədri bildirib ki, Rusiyaya sanksiyaların tətbiq olunduğu bir zamanda bölgədə yolların və kommunikasiya xətlərinin açılması iqtisadiyyata çox müsbət təsir edəcək:
“Həmçinin, Rusiya bu açıqlama ilə Türkiyənin gücünü etiraf edir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə tandeminin bölgəyə gətirdiyi yeni reallıqlar var və Rusiya da tədricən bununla razılaşmaq məcburiyyətindədir. Hesab edirəm ki, şərtlər bizim xeyrimizə dəyişməkdə davam edəcək. Düşünürəm ki, Türkiyə Gürcüstan və Rusiya arasındakı münasibətlərdə razılaşmaya nail olarsa, “Altılıq platforması” həyata keçəcək, amma bu olmayacaqsa, ən azından “Beşli platforma” fəaliyyət göstərəcək”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |