06.09.2021 [09:50] - Xəbərlər, Sosial
Sentyabrın 5-də Ağdam sakinlərinin bir qrupu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. İllərdir doğma yurd həsrəti ilə yaşayan həmvətənlərimizin ən böyük arzusu yerinə yetdi.
"2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdam şəhərini və digər əraziləri Azərbaycana qaytarmağa məcbur oldu. Noyabrın 23-də Ağdam şəhərinə səfər edən Prezident İlham Əliyev burada Zəfər bayrağını qaldırdı. Həmin tarixdən etibarən genişmiqyaslı əlaqələndirilmiş şəkildə işlər həyata keçirilir. 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfər edərək, şəhərin Baş planının təqdim olunmasında və bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib. Artıq düşmənin talayaraq məhv etdiyi ərazilərimizin, o cümlədən Ağdamın yeni - quruculuq, inkişaf dövrü başlayıb", - deyə Emin Hüseynov bildirib.
Səfər iştirakçıları əvvəlcə Ağdam şəhərinin Baş planı ilə tanış olublar. Onlara Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib. Ağdam sakinləri daha sonra Cümə məscidini, İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını ziyarət ediblər. Şəhərin gəzintisi zamanı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlılara həyata keçiriləcək yenidənqurma işləri, o cümlədən yaradılacaq Zəfər muzeyi, açıq hava altında İşğal muzeyi və Memorial bağ barədə məlumat verib.
Ağdam sakinləri səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.

Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |