06.09.2021 [09:51] - Xəbərlər, Sosial
İyirmi doqquz ildən sonra nəhayət ki, doğma Şuşamıza ayaq basmaq qismətimiz oldu. Şuşanın hər şeyinə həsrət idik - yazına da, yayına da, payızına da, qışına da. Şuşa bizi həsrət qaldığımız dumanı, yağışı ilə qarşıladı.
Bu sözləri açıqlamasında Şuşa sakini, Birinci Qarabağ müharibəsi veteranı Akif Abdullayev deyib.
Qırx səkkiz il müəllim işləyən həmsöhbətimiz daim öz şagirdlərinə vətənpərvərlik ruhu aşıladığını, döyüşlər zamanı şahidi olduğu hadisələrdən danışdığını, şəhid və qazilərimizi örnək göstərdiyini deyib. O bildirib: “Doğma yurdumuzdan didərgin düşəndə 48 yaşım var idi. Ailədə 6 nəfər idik - mən, həyat yoldaşım və dörd övladım. Təəssüf ki, buraya dörd nəfərlə gəlmişəm. İki oğlum Şuşanı görmədən dünyasını dəyişib. Onlar da ərazi bütövlüyümüzün bərpası naminə düşmənlə döyüşmək üçün Ali Baş Komandanın əmrini gözləyənlər sırasında idilər. Çox təəssüf ki, ömür vəfa etmədi. Nə silaha qurşanıb düşmənlə vuruşa bildilər, nə də Şuşanın azad olunduğunu görə bildilər. Kaş ki, hər ikisinə elə doğulub boya-başa çatdıqları Şuşada şəhid olmaq qismət olardı. İnanıram ki, Ordumuzun qələbəsindən xəbərdardırlar və ruhları rahatlıq taparaq doğma torpaqda dolaşır. Bu Qələbənin memarlarına - başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, sinəsini düşmən gülləsinə sipər edən şəhid və qazilərimizə ömür boyu minnətdarıq. Bir veteran kimi gənclərimizlə, ordumuzla fəxr edirəm”.

Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |