Şrift:
Daşkənddəki milli mədəniyyət mərkəzləri ölkə müstəqilliyinin 30 illiyi münasibətilə təntənəli bayram tədbiri keçirib
06.09.2021 [09:56] - Gündəm, Mədəniyyət
Daşkənddəki milli mədəniyyət mərkəzləri ölkə müstəqilliyinin 30 illiyi münasibətilə təntənəli bayram tədbiri keçirib.

Tədbirdə Daşkənd vilayətinin hakimi Davron Xidoyatov, Nazirlər Kabineti nəzdində Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Kurbanov, dövlət qurumlarının rəhbərləri, paytaxtda fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin başçıları və üzvləri iştirak ediblər.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) üçün ayrılmış guşədə ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar, suvenirlər nümayiş etdirilib, qonaqlara şəkərbura, paxlava və digər şirniyyatlarımız təklif olunub.

Tədbirdə RAMMM-nin sədri Firdovsi Hüseynov iştirakçıları Özbəkistan müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib, ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, işğalından azad olunmuş ərazilərimizdə ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat verib.

Bayram tədbirində iştirak edən xalqların nümayəndələri öz musiqi və rəqslərini təqdim edib, Azərbaycan diasporunun aktiv üzvü İlham Abdullayev sazda qədim el havalarını səsləndirib.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed