15.12.2012 [00:53] - Gündəm, DAVAMın yazıları
H.Cavidin130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının materialları, 28-29 noyabr 2012-ci il
Mehman Ağasəlim oğlu Həsən
Bakı Dövlət Universiteti, II kurs magistrant
Tarix bəşəriyyətin yaranışından bu yana baş verən önəmli mürəkkəb və ziddiyyətli hadisələrin qeydə alındığı salnamədir. Bu salnaməni yaradan özünəməxsus dili, mədəniyyəti, həyat tərzi ilə seçilən etnoslardır. Sivilizasiyanın inkişaf tarixinə nəzər saldıqda geniş coğrafiyada məskən salmış türk etnosu öz zəngin tarixi, mədəniyyəti ilə ilə seçilmişdir. Uzun bir tarixi dönəmdə dünya quru hövzəsinin əksər qisminə hökm edə bilən 18 imperiya qurmağı bacarmışdır. Türk etnosunun dünya idarəçiliyi bəşəriyyətdə əxlaq normalarının, humanist dəyərlərin ən yüksək səviyyədə əməl olunduğu dövr kimi xarakterizə olunur. Bəşəriyyətə xidmətlə yanaşı türk xalqı öz gələcək nəsillərinə qürur duya biləcək tarix yarada bilmişdir.
XVI əsrdən etibarən dünya yeni inkişaf mərhələsinə başladı. Dəmir silahlarla yanaşı qələm, söz, fikir baş verən hadisələrə təsir baxımından öz əhəmiyyətini xeyli dərəcədə artırdı. Tarixi zəfərləri üzərində ideoloji əsaslarını yaradan millətlər qələmlə öz varlıqlarını qorumaq və bu yolla digərləri ilə rəqabət etməyə başladılar. Cavid “İblis” əsərində bu mövzuya toxunaraq yazırdı:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.( 1,27 )
Bədii yaradıcılıqda tarixdən bir material və mövzu kimi bu dövrdə ilk olaraq romantik ədəbiyyatın nümayəndələri istifadə etməyə başlamışlar. Onlar tarixə müxtəlif yöndən və məramla yanaşırdılar. Birincisi, sənətkarlar tarixə müraciət etməklə hər hansı tarixi dövr haqqında öz mülahizələrini irəli sürür, obrazlı şəkildə dövrün müsbət və ya mənfi hesab etdikləri xüsusiyyətlərinə münasibət açıqlayırdılar. İkinci halda tarixi kateqoriya müəllifin öz dövrünə dair arzu və istəklərini ifadə etmək üçün bir vasitədir. Əsərin mahiyyətində duran problem müasir olsa da sujet tarixdən götürülmüş hadisənin üzərində qurulurdu.
Hüseyn Cavid və Əbdürrauf Fitrət yaradıcılığına nəzər saldıqda tarixi şəxsiyyətlərə müraciət, tarixi hadisələrin müasir planda yüksək səviyyədə bədii əksini görmək mümkündür. XIX-XX əsr türk etnosunun tarixinə, tarixi prosesləri və hər iki ədibin yaradıcılığının əsas qayəsinin təhlili H.Cavid və Ə.Fitrət yaradıcılığının bir-birilə möhkəm əlaqələrlə bağlı olduğunu təsdiqləyir. Bayaq qeyd etdiyimiz ki, hər bir etnos formalaşdırdığı milli ideologiyası ilə meydanda olduğu bir dövrdə türk etnosu təbii ki kənarda qala bilməzdi. Osmanlı çıxmaq şərtilə qalan böyük bir türk coğrafiyasının işğala məruz qalması amili türklərin özünümüdafiə ideologiyasına qayıtmasını zəruri edirdi. Praktik Türkçülüyün nəzəri konsepsiya halında işlənməsi və qəbulu zərurəti meydana çıxmışdı. Bu dövrdə Osmanlının müstəqil olması türkçülüyün önəmli fikir mərkəzi rolunu oynamasına səbəb oldu. Həm Hüseyn Cavidin, həm də Ə.Fitrətin fikir və baxışlarının formalaşmasında Türkiyə mühiti və təhsili önəmli əhəmiyyət kəsb etmişdi. 1909-1913-cü illərdə Türkiyədə təhsil alan Ə.Fitrət “Gənc türklər”lə yaxından əlaqə saxlamış və bu əlaqələr şairin sonrakı əsərlərinin ideya əsasının formalaşmasında əsas rol oynamışdı. Həmçinin H.Cavidin də Türkiyədə təhsili onun yaradıcılğında önməli iz qoymuşdur.
Hüseyn Cavid və Əbdürrauf Fitrət şəxsiyyətini birləşdirən ən mühüm cəhətlərdən biri hər iki sənətkarın yaradadıclığında problemin işıqlandırılmasındakı ortaq mövqedir. H.Cavid və Ə.Fitrət eyni vətənin övladlarıdır. Eyni tarixi dövrdə yaşamış bu sənətkarlar özlərini Turan sakini hesab edirlər. Onların vətəni parçalanıb, düşmənləri tərəfindən işğal olunub. Parçalanmış Turanın birləşməsi hər iki sənətkarın əsas arzusudur. Fitrət “Yurt qayğısı” adı altında çap olunan şeirlər silsiləsində Turana müraciət edir:
Ey ulu Turan, Aslanlar ölkəsi
Ey Çingizlərin, Teymurların, Oğuzların, Atillaların şanlı beşikləri
Əski dövlətin, əski səltənətin, əski igidlərin, əski aslanların hamısı var, heç biri yox olmamışdır. (2.3 )
Tarixə müraciət Fitrət yayradıcılığında görk almaq, ibrət götürmək məqsədi daşıyır. Əsas ideya Turanın birliyidir. Eyni ideyanı H.Cavidin “Topal Teymur” əsərində Divanbəyinin dilindən ifadə olunan sözlərdə də görmək mümkündür:
“Fəqət bən biləkis, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm. Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birilə çarpışırsa, ortada fəlakətli bir uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi devletlər türk dünyasına saldırmağa fürsət bular. Bir də ordumuz bütün cihanı saracaq deyil a…. Alınan ölkələri haqqilə idarə etsək daha böyük müvəfəqqiyyətdir.”(1.266 ). Divanbəyinin dili ilə Cavid öz istək və arzularını ifadə edir: Türk dünyasını parçalamamağı Əmir Teymurdan istəyir.
Həm Cavid, həm də Fitrətin yaradıcılığında tarixi şəxsiyyət kimi Əmir Teymur obrazına rast gəlmək mümkündür. Hüseyn Cavid məşhur “Topal Teymur” dramını Əmir Teymura həsr etmişdir. Fitrətin şeir yaradıcılığında Əmir Teymura müraciətlə yazdığı şeirləri vardır. Həmçinin yazdığı məqalələrində Fitrət Əmir Teymuru Turanın qüdrətli hökmdarı kimi yad edir. “Topal Teymur” əsəri Əmir Teymurun 1402-ci ildə Ankara döyüşündə İldırım Bəyazidlə üz-üzə gəlməsindən bəhs edir. İlk baxışdan Cavidin əsərdə Teymura “topal” deməklə Sovet hökumətinə yaxınlaşmağa cəhd etdiyini, hökumətin xanlara, sultanlara qarşı apardığı anti-təbliğatının dəstəkçisi olduğunu iddiasına düşmək mümkündür. Lakin əsər tamamilə başqa mətləbləri açır. Teymurun fiziki qüsuru olan axsaqlığını Cavid məhz Ankara döyüşündə türkün türkə qarşı gəlməsi və nəticədə türk dünyasının məğlubiyyəti ilə bağlayır. Döyüş zamanı iki qüdrətli türk sərkərdəsinin qarşı-qarşıya gəlməsini şair türklüyə vurulan zərbə hesab edir. Əsərdə bu savaşın böyük bir yanlışlıq olduğunu, nəticədə düşmən ölkələrin qalib gəldiyi aydınlaşır. Şairin məhz Əmir Teymurun axsaqlığını və İldırım Bəyazidin görmə qüsurunu türk dünyasını apardıqları bu fəlakətlə əlaqədar olduğunu bildirir. Əsrin sonunda Teymurun dili ilə Cavid bu fikri bir daha əyani şəkildə ifadə edir:
“Hiç məraq etmə xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu bucağı yoq məmləkətlərə sənin kibi bir kor, bənim kibi bir topal müsəlləh olmazdı.”(1.302) Əslində əsərdə Əmir Teymur qüdrətli bir hökmdar kimi təsvir olunur. Ümumilikdə, türk xalqlarının maarifçi düşüncəsində Əmir Teymurun özünəməxsus yeri vardır. Türk övladlarını bir bayraq altında toplayaraq böyük bir dövlət quran Əmir Teymur güclü bir dövlət hökmdarı, ağıllı siyasət adamı və mənəviyyat hamisi olaraq türk xalqlarında geniş yayılmış cədid hərəkatında ayrı bir yerə sahibdir. Təsadüfi deyil ki, cədidçiliyin banilərindən hesab olunan İsmayıl bəy Qaspiralı Əmir Teymurun məşhur “güc ədalətdədir” sözünü özünün “Mükalimeyi salatın” əsərinə epiqraf kimi seçmiş, əsərdə Əmir Teymurun obrazını yaratmışdır. (3.4 )
H.Cavidin Əmir Teymura olan rəğbətinin bir səbəbi də onun mədəniyyətə olan qayğısıdır. Cavidin əsərində Teymurun ən çox məsləhətləşdiyi adam da məhz şair Kirmanidir. Bir çoxlarının çəkinərək deyə bilmədiklərini Şair çəkinmədən söyləyir. Cavid Divanbəyinin dili ilə Teymura öz rəğbətini ifadə edir. Bu bilavasitə öz dövründə şairin azad fikrinə qoyulan məhdudiyyətlərə üsyandır.
“Şair Kirmani böyük ruhşinasdır. O pək gözəl biliyor ki, Teymur hökumətləri yıqar, məmləkətləri yaqar, ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fəzil şəxslərə qarşı da nisbətdə hörmət və məhəbbət bəslər (1.265). Şair bu sözləri ilə həm də sovet idarəetməsinin şair azadlığına qarşı basqısını ifadə edir. Teymurun şairə göstədiyi qayğısını öz dövrünün hakimlərinə nümunə göstərir. Həmiçinin, əsərdə Teymur xalqını hər zaman zaılmlardan qoruyan ədalətli bir hökmdardır. O, sadə xalqa zülm edən başçıya ən ağır cəza verir və deyir:
“Əhalini incidən bir hakim yavrusunu parçalayan bir heyvan qədər şüursuzdur.”(1.258 )
H.Baltabayev Fitrətin yaradıcılığından bəhs edərkən Əmir Teymurun adının sənətkarın otuzdan çox əsərində istifadə olunduğunu yazmışdır (4.25). Bu amil şairin Teymur şəxsiyyətinə olan ehtiramını ifadə edir. Ə.Fitrətin “Yurt qayğısı” adlı silsilə şeirlərindən biri “Teymur qarşısında” adlanır. Şeir Teymurun məzarı qarşısında and xarakteri daşıyır. Şair sanki öz qüdrətli hökmdarına müraciət edir, onun ruhundan yardım istəyir. Turanın parçalanmasını şair bir sadə türk olaraq ondan sonrakı nəsillərin Sultanın qarşısında etdiyi bir qəbahət kimi görür.
Ulu xaqanım! Türklük şərəfi talandı.
Türk üçün qoyduğun dövlət bitdi, türk torpağında qurduğun xaqanlıq yağılar tərəfindən işğal olundu.
Türkün namusu, etibarı, imanı, vicdanı zalımların altında qaldı.
Türkün yurdu, ulağı, uçağı, Turanı yad işğalına düşdü.(2.4)
İsmayıl bəy Qaspiralının yazdığı “Mükalimeyi salatın” əsərində Fitrətdən bir neçə il əvvəl də baş obraz kimi Əmir Teymur çıxış edir. Əsərdə Səyyah Əmir Teymurun məzarını ziyarət etməyə gəlir. Məzardan bir ruh kimi qalxan Əmir Teymur özündən sonra gələn hökmdarları sorğuya çəkir. Qurduğu dövlətin bu qədər gücsüz duruma düşərək işğal olunması türk sultanını qəzəbləndirir. Daxili savaşlar nəticəsində dövlətin bütünlüyünü və qüdrətini qoruya bilməyən hökmdarlar sanki Əmir Teymurun sərt baxışlarının qarşısında aciz vəziyyətə düşürlər. Teymur öz mübarizəsi haqqında bəhs edərək deyir: “Gənclik dövrümdə bir bəy olduğum zaman millətimin halına baxıb qəlbim acıyar, gözlərim dolardı…. Məhz o zamandan bütün gücümü Türk elinin birləşdirməyə, böyük Türküstan qurmağa sərf etdim. XX əsrin əvvəllərində türk bədii düşüncəsində Çin səddindən Ağ dənizə qədər, Sibirdən Hindistana qədər böyük əraziləri fəth edən Əmir Teymur türk birliyinin yaradıcısı və onun qüdrətini simvolizə edən obrazdır. Şeirnin sonunda da Fitrət Teymurun ruhu qarşısında and içir:
…Turana verdiyim zərərləri ödəmək üçün gəldim, XAQANIM.
Məndən nifrət etmə!
Ey aslanlar aslanı!
Mənim günahlarımdan keç,
Belimi bağla, müqəddəs fatihəni ver!(2.4)
Sənin dünyaya sığmayan qeyrətinə and içirəm ki, Turanın əski şərəf və qüdrətini qaytarmadan sənin ruhun qarşısında oturmaram….
Qüdrətli türk hökmdarının obrazı hər bir müasir türk gənci üçün örnək sayılmalı, ondan öyrənmək lazım olduğunu Fitrət əsərlərində dönə-dönə vurğulayır.
Bolşevik hökuməti qurulandan sonra hər iki sənətkarın yaradıclıq qayəsi ilə hakim ideologiya üst-üstə düşmədi. Həm Ə.Fitrət, həm də H.Cavid işğalın mahiyyətini əsərlərində ifadə edirdilər. Hələ 1917-ci ildə bolşeviklər hakimiyyətə gələndə Fitrət yazdığı məqaləsində “Yeni bolşevik bəlası gəldi” demişdi. Həm Fitrət, həm Cavid yaradıcılıq axtarışları Sovet ideoloji təbliğatının güclü olduğu dövrdə belə öz ideyalarından dönməmiş, Türkçülük fikrinə sadiq qalmışlar. 1923-cü ildə “Peyğəmbər” əsərini yazaraq özünün tərəfini müəyyən edən Cavid öz dövrünün ədalətsiz quruluşu ilə Peyğəmbər dövründə ona qarşı olan ədalətsiz quruluşu eyniləşdirmişdir. Daha sonra 1928-ci ildə “Topal Teymur” əsərində Şair Türk hökmdarının qüdrət və əzəmətindən bəhs edərək, türklərin birləşmək zərurətindən bəhs etmişdir. Həmçinin Fitrətin 20-ci illərdə bir sıra aparıcı cədidçilərlə birgə yaratdığı “Çağatay qrunqi” birliyi vasitəsilə türk dili, mədəniyyəti və tarixini təbliğ etmişdir. Ədibin 1927-ci ildə qələmə aldığı “Ən əski türk ədəbiyyatı nümunələri. Ədəbiyyatımızın tarixi üçün materiallar” kitabı şura məfkurəçiləri tərəfindən sərt şəkildə tənqid olunmuşdur. XX əsrin ikinci yarısından başlayaraq hər iki şairə qarşı basqılar başlanmışdı. Sovet ideoloji fikrinə uyğun olmayan türkçülük məfkurəsinin daşıyıcıları olan hər iki sənətkar dövrü mətbuatda sərt şəkildə tənqid olunmağa başlanır. 1929-cu ildə “Qızıl Özbəkistan” qəzetində Cəlal Baybulatovun Fitrət əleyhinə ardıcıl məqalələri çap olunur(5.228). Məqalələrdə Fitrətin keçmişi və Sovet ideologiyasına uyğun olmayan fəaliyyəti tənqid olunur. Həmid Əlimcan həmin dövrdə bir neçə məqalə yazaraq Fitrət yaradıcılığını şura məfkurəsi tərəfindən təhlil etməyə çalışsa da, bu cəhdlər Fitrəti repressiyadan xilas etmir. 1938-ci ildə Ə.Fitrət fiziki cəhətdən öldürülür. 1937-ci ildə həbs olunan H.Cavid ömrünü sürgünlərdə başa vurur. Buna rəğmən hər iki sənətkar yaratdıqları zəngin bədii irslə cismani ölümləri ilə mənəvi qələbələrinə imza atdılar. Çünki türkçülük yüksəlmək üçün deyil, yüksəltmək üçündür. Həm Hüseyn Cavid, həm Əbdürrauf Fitrət yaratdıqları zəngin irslə milli təfəkkürü, bədii düşüncəni özündən sonrakı nəsillərə nümunə olacaq qədər zirvələrə yüksəltməyi bacardılar.
Ədəbiyyat
Hüseyn Cavid əsərləri, 5 cilddə 3-cü cild, Bakı, “Lider”, 2005-ci il
Abdurauf Fıtrat, Yurt kayğusu (şerlar), http://www.ziyouz.com/index.php?option=com_remository&Itemid=57&func=fileinfo&id=440
Edibe Devletova, Ortak düşünceler, İsmailbey Gaspiral ve Özbek cedit edebiyatı, http://dokuman.tsadergisi.org/dergiler_pdf/2011/2011-Nisan/3.pdf
Baltabayev H., Timur sağanasini izleb, Milli tikleniş qəzeti, 20 avqust 1996-cı il
Milliy uyğonış davri Özbek adabiyatı, Toşkent, ”Manaviyat”, 2004-cü il

Bu xəbər oxucular tərəfindən 2155 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |