15.12.2012 [01:08] - Güney Azərbaycan xəbərləri
Uluslararası Güney Azərbaycan Konseyi (UGAK) 9 dekabr 2012-ci il tarixində “Ambassador Hotel”də “21 Azər” hərəkatının 67-ci ildönümünə həsr olunmuş konfrans keçirdi.
Konfransda millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif partiya və QHT yetkililəri, Səfirlik nümayəndələri, incəsənət xadimləri, KİV və Konsey üzvləri iştirak etmişlər. Konfransı giriş sözü ilə açan Mərdan Seyidbəyli iştirakçıları salamlayaraq, tədbirin gündəliyini açıqldı.
AMEA Şərqşünaslıq İnstitunun Güney Azərbaycan şöbəsinin müdiri dr.Əkrəm Rəhimli, dr.Pərvanə Məmmədli və dr. Yasəmən Qaraqoyunlu 1945-ci ildə yaradılan Azərbaycan Milli Höküməti haqqında və o dövrdəki proseslər bağlı məruzələr etdilər.
Qeyd edək ki, 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaranmış Azərbaycan Milli Höküməti 21 Azər Hərəkatı olaraq tarixdə tanınmaqdadır.
O dövrdə Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir.
Konfransda məruzə və çıxış edənlər Güney Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyasi durumu üzərində dayanmışlar. Eyni zamanda məruzələrdə İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da din pərdə altında hakimiyyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haqlarını əllərindən alınması, ana dilində təhsilə yasaq qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər də qeyd olundu.
Konfransda Güney Azərbaycanın müxtəlif sahələrdə tanıtdırılmasında xidmətlərinə görə bir sıra şəxslərə nominasiyalar verildi.
Konfransın sonunda bəyanat qəbul olundu.

Bu xəbər oxucular tərəfindən 1637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |