07.09.2021 [00:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı tarixi zəfərdən sonra Qarabağ sakinləri geri qayıdacağı günü gözləyir.
Təbii ki, bunun üçün minalardan təmizlənmə, insrastruktur quruculuğu, mənzillərin inşası və digər önəmli işlərin görülməsi lazımdır. Məlumdur ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan 10 noyabr üçtərəfli Bəyanatında məcburi köçkünlərin geri qaytarılması ilə bağlı xüsusi bənd var. Rusiya sülhməramlıları bunun üçün üzərinə götürdüyü öhdəlikdən biri də Qarabağda qalan erməni silahlılarını çıxarmaqdır. Artıq 10 noyabr Bəyanatından 300 gün keçir.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb. “Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli Bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, - deyə XİN-nin məlumatda qeyd olunub.
Bəs məcburi köçkünlər qayıdana qədər sülhməramlılar erməni silahlılarının bölgədən çıxarılmasını təmin etməsə, Azərbaycan bunu özü edəcəkmi? Erməni silahlılarının mütəmadi olaraq atəş açdığını nəzərə alsaq, Azərbaycan öz vətəndaşlarını təhlükəyə atmayacaq və bunun üçün dövlət səviyyəsində bütün addımlar atılır.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, sülhməramlılar nəzərdə tutulan məsələləri həll etməsə, Azərbaycan bunu özü edəcək:
“Bu yanaşmanı təqdir edirəm. Çünki görünən odur ki, Ermənistan və Rusiya masadakı məsələlərdən qaçmağa çalışır. Ermənilər də müəyyən təxribatlar törədərək yeni situatsiya yaratmağa cəhd edirlər. Bununla da 10 noyabr razılaşmasını kölgədə qoymaq istəyirlər. 10 noyabr bəyanatında şərtlərdən biri erməni silahlılarının bölgədən çıxarılması olduğu üçün Ermənistan düşünür ki, bunu etmədikcə, azərbaycanlılar geri qayıda bilməyəcək. Əslində Ermənistan kimi Rusiyaya da bizim oradan qovulmuş əhalimizin geri qayıtması lazım deyil. Çünki bəyanatın başqa bir bəndində də göstərir ki, oradan qovulan azərbaycanlıların BMT-nin komissiyasının da iştirakı ilə qaytarılması təmin olunmalıdır. Amma bu günə qədər onların geri qaytarılması təmin olunmayıb. Təkcə Xankəndidən 12 mindən çox azərbaycanlı qovulub”.
Partiya sədri qeyd edib ki, Ermənistan və Rusiyanı gözləsək, məsələlər masada uzanacaq və bu proses qəlizləşəcək:
“Amma Azərbaycan sahədə onların üzərinə gedir. Məsələn, sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı prosesdə ermənilər nə qədər çətinlik yaratmağa çalışsalar da, Azərbaycan əsgərləri sərhədə çıxdı və dayandı. İndi də mülki əhali mütləq qaytarılmalıdır. Bunun üçün əsas iki işi görmək lazımdır. Birincisi, minalardan təmizləmə prosesi bitməli və əhalinin yerləşdirilməsindən sonra onların təhlükəsizliyini Azərbaycan əsgəri təmin etməlidir. İkincisi isə infrasturktur və digər işlər yekunlaşandan sonra idarəetməni başlatmaq lazımdır. Yəni Ermənistan və Rusiya 10 noyabr Bəyanatına əməl etməsələr də, biz öz işimizi həll etməli, əhalini ora köçürməliyik. Məskunlaşma isə Xankədidən Bakıya doğru aparılmalıdır”.

Vilayət Muxtar\Cebhe.info
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |