07.09.2021 [10:19] - Gündəm, Hadisə
Britaniyalı qraffiti rəssam Benksinin “Qırmızı şarlı qız” adlanan əsəri yenidən satışa çıxarılacaq.
Hərracda satıldıqdan sonra qismən məhv edilən dünyaca məşhur əsər oktyabr ayının 14-də yenidən satışa çıxarılacaq.
Hazırda “Zibil qutusunda sevgi” adı altında satışa çıxarılacaq əsərin dəyəri yüksəlib. Əsərin, “Sotheby’s” hərrac evində keçiriləcək sərgidə 4-6 milyon funt sterlinqə satılacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə hərracda satıldığı an əsər rəssamın çərçivəsinə yerləşdirdiyi kəsici qurğu vasitəsilə kiçik parçalara bölünməyə başlayıb. Hər kəs heyrətdən nitqini itirsə də, Benksi öz instaqram hesabında bu mistikaya aydınlıq gətirib. Rəssam bildirib ki, illər öncə çərçivəyə şreder (kağız parçalayan alət) yerləşdirib ki, hərracda satılarsa çəkic səsindən parçalanma effekti yaratsın.

Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |