Şrift:
Litvada sutka ərzində qeyri-leqal miqrantların sayı 4 dəfə artıb
07.09.2021 [10:21] - Gündəm, Hadisə
Son günlər Litva-Belarus sərhədində geri göndərilən qeyri-leqal miqrantların sayı gün ərzində təqribən 10 nəfərdir, cümə günü isə onların sayı 4 dəfə artıb.

Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində sərhədçilər Belarusdan gələn təxminən 40 nəfər qeyri-leqal miqrantı saxlayıb. Əvvəlki günlərdə olduğu kimi, miqrantlar Şvençönis və Şalçininkay bölgələrində sərhədi keçməyi planlaşdırıblar.

Qeyd olunub ki, ötən cümə günü isə bu cür əcnəbilərin sayı daha çox olub. Qısa fasilədən sonra miqrantlar Druskininkay və İqnalina şəhərlərində peyda olmağa başlayıblar.

Bildirilib ki, bu il Belarusla sərhəd üzərindən ölkəyə 4,1 mindən çox miqrant gəlib.
Bu xəbər oxucular tərəfindən 1228 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed