Şrift:
Fərəc Quliyev: Ermənistan unutmasın ki, “Dəmir yumruq” yerindədir
07.09.2021 [13:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri xüsusi məqamlarla yadda qalır. Belə ki, dövlət başçısı görülən quruculuq işləri ilə tanış olmaqla, təməlqoyma mərasimlərində iştirak etməklə qısa zamanda ərazilərimizi bərpa edəcəyimizi, əhalimizi tarixi torpaqlarımıza geri qaytaracağımızı diqqətə çatdırır. Kəlbəcər və Laçın rayonlarına səfər zamanı mühüm mesajlardan biri də Zəngəzura, oradan qovulmuş əhalimizin öz dədə-baba torpaqlarına geri qaytarılması ilə bağlı olub”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri böyük əhəmiyyət daşıyır: “Bununla da həm məğlub ölkəyə, həm də onun havadarlarına qarşı açıq şəkildə mesajlar verilir ki, Ermənistanın yeganə çıxış yolu üçtərəfli Bəyanatın icrasını təmin etməkdən keçir. Biz bundan sonra qarşılıqlı sülh şəraitində yaşamaq istəyirik. Amma əsas şərtimiz Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Buna görə də sərhədlərin delimitasiyası məsələsində probelm yaratmağa çalışmaq istəyən həm Ermənistan, həm də onun havadarları dərk etməlidir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməyin yollarını bilir. Ermənistan unutmasın ki, “Dəmir yumruq” yerindədir”.

F.Quliyev onu da əlavə edib ki, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş ərazilərinə son səfərində bir daha milli iradə ifadə edərək dövlətimizin qəti mövqeyini ortaya qoydu: “Dövlətimizin qəti mövqeyini, o cümlədən Azərbaycanın milli maraqları yönündə Ali Baş Komandanın atdığı addımları həm iqtidar, həm də müxalifət birmənalı olaraq dəstəkləyir”.

Qaşqay ZİYƏDDİNOĞLU/Yeni Azərbaycan
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed