08.09.2021 [13:01] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“ABŞ Suriyada PKK/YPG-ni dəstəkləyir”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalına müsahibəsində söyləyib.
“ABŞ İraqdan çıxdı və xaos yarandı. Əfqanıstandan da plansız çıxmağın ölkəni hansı vəziyyətə saldığını görürük. ABŞ Suriyaya dəvət edilib? Yox. Sərhədləri varmı? Xeyr. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Suriyanın şimal-şərqindəki siyasətində separatçı PKK/YPG-ni dəstəkləyir. PKK mövzusunda Suriyadakı rejimlə də baxışlarımız üst-üstə düşür. Suriyada dünyanın tanımadığı bir rejim var. Buna görə də siyasi səviyyədə görüşmələrdən söhbət gedə bilməz. Amma tanımasan da, kəşfiyyatların görüşmələri ola bilər, təbiidir”, - o qeyd edib.
M.Çavuşoğlu həmçinin Rusiyadan “S-400”-lərin alınması ilə bağlı məsələyə də toxunub:
“ABŞ bu bitmiş “S-400” məsələsini qəbul etməlidir. İndiyədək sanksiyalar tətbiq ediblər, başqa varinatlara əl atdılar. Biz özümüz istehsal edənədək hava hücumundan müdafiə sistemlərini almağa ehtiyac duyuruq. Bu ölkə bizə hava hücumundan müdafiə sistemləri satsa, ala bilərik. Qiymət daha bahalı olsa da, razılaşsaq, ala bilərik. Yəni biz bunu mütləq haradansa almalıyıq”.
Maraqlıdır, Türkiyə tərəfinin bu açıqlamaları ABŞ ilə münasibətlərinin yenidən gərginləşməsinə səbəb ola bilərmi?
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Türkiyə tərəfi həqiqətləri danışır:
“Heç kimə sirr deyil ki, ABŞ Suriyada terrorçuları dəstəkləyir və onlara ciddi şəkildə silah-sursat göndərir. Amerikadan Suriyaya PKK, PYD və YPG üçün yük maşınları ilə silahlar göndərərək, onları Əsədə qarşı döyüşdürürdü. Hətta, ABŞ rəsmiləri bəyan etmişdi ki, Suriya ərazisində birbaşa döyüşməyimizə ehtiyac yoxdur, çünki bizim adımıza döyüşən qüvvələr hazırlamışıq.
Göründüyü kimi burada gizli heç nə yoxdur. Ümumiyyətlə, Suriya ABŞ-dan çox uzaqdır, amma Türkiyə ilə birbaşa həmsərhəd ölkədir. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, biz öz qonşularımıza sərhədlərdən qurmaqdansa, bütün PKK və başqa terrorçu üzvlərin ölkəmizə daxil olmasının qarşısını almışıq və bununla bağlı tədbirlər görməyə davam edəcəyik. Bununla bağlı Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Suriya ilə sərhəddə bufer zona yaradıb.Türkiyənin orada apardığı əməliyyatlarda əsas məqsəd həm öz ərazi bütövlüyünü qorumaq, həm də Suriyadan qovulmuş insanların rifahını düşünməkdir. ABŞ isə sadəcə öz iqtisadi maraqlarına görə bölgəni daima gərginlikdə saxlayır və terrorçulara dövlət vəd edir”.
Partiya sədri bildrib ki, “S-400” məsələsində Türkiyə haqlıdır:
“Türkiyə dəfələrlə ABŞ-a havadan müdaifə sistemləri almaq üçün təklif göndərib. Lakin ABŞ Türkiyəyə bu sistemləri satmadı və hətta, türklərin ödədiyi pulu da geri qaytarmadı. Ona görə də Türkiyə özünün havadan müdafiə sistemlərini qurmaq üçün Rusiyadan “S-400” zenit-raket komplekslərini almağa məcburdur. Hesab edirəm ki, Türkiyənin mövqeyi tamamilə doğrudur və alternativ variantlar axtarmaqda haqlıdır”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |