Şrift:
Tibb bacısının peyvəndi israf etməsi ilə bağlı inzibati xəta haqqında icraat məhkəməyə göndərilib
08.09.2021 [14:08] - Gündəm, Sağlıq
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

Goranboy Rayon Prokurorluğundan daxil olan məlumatında bildirilib ki, rayon mərkəzi xəstəxanasının əməkdaşının qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, iyunun 24-də həmin xəstəxananın tibb bacısı Nabat Əliyeva peyvəndlənmə üçün müraciət etmiş rayon sakininə peyvənd vurmaq məqsədilə vaksini şprisə dolduraraq vurma görüntüsü formalaşdırıb və həmin şəxs peyvəndlənmiş kimi qeydə alınıb. Nəticədə dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf olunub.

Nabat Əliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Goranboy rayon məhkəməsinin qərarı ilə Nabat Əliyevaya 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunub.
Bu xəbər oxucular tərəfindən 1389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed