08.09.2021 [14:22] - Xəbərlər, Mədəniyyət
Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsi keçirilir.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
Noyabrın 6-dək davam edəcək müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir. Oktyabrın 20-dək davam edəcək birinci mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir. İkinci mərhələdə - oktyabrın 21-dən noyabrın 6-dək olan müddətdə isə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək.
Rəsmlər A3 və ya A4 formatda işlənməlidir, işlənmə texnikası sərbəstdir, rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.
Müsabiqə ilə bağlı yaranan suallar (+994) 55-994-57-86, (+994) 12-372-72-63 nömrələri vasitəsilə cavablandırılacaq.
Qaliblər və fəal iştirakçılar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |