Şrift:
Nikol Paşinyan: Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir və fövqəladə əhəmiyyətə malikdir
08.09.2021 [14:40] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir və fövqəladə əhəmiyyətə malikdir. Hökumət kommunikasiyaların açılması məsələsində qərarlıdır.

Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında söyləyib.

Baş nazir deyib ki, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqələrinin qurulması fövqəladə əhəmiyyətə malikdir. Bu məsələnin həll olunması üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli formatda kommunikasiyaların açılması müzakirə olunur.

“Biz Bakının Naxçıvanla əlaqə qurmaq istəyini də başa düşərək, konkret nəticələrə nail olmaq üçün səy göstərməyə hazırıq və qərarlıyıq”, – deyə Paşinyan vurğulayıb.

N.Paşinyan, həmçinin Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiyasının da gündəlikdə olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan bunun üçün lazımi şərtlərin formalaşdırılması sahəsində işləri davam etdirir.
Bu xəbər oxucular tərəfindən 17681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed