09.09.2021 [10:39] - Gündəm, Sosial
Yaponiya hökuməti ölkəyə gələnlər arasında tam vaksin olunanlara karantin tələblərini yumşaltmaq niyyətindədir. Bu halda onların vaksin olunması barədə sertifikatı təqdim etmələri kifayətdir.
Bu barədə sentyabrın 9-da NHK telekanalı məlumat yayıb. Bildirilir ki, həmin sertifikata malik olan şəxslər 14 gün deyil, cəmi 10 gün karantində qalacaqlar. Yaponiya Miqrasiya Nəzarəti İdarəsinin əməkdaşları COVID-19-a qarşı “Pfizer və BioNTech”, “Moderna” və AstraZeneca” vaksinlərinin vurulduğunu təsdiq edən sertifikatları qəbul edəcəklər. Həmin sənəd ABŞ, Aİ və ya Yaponiyada verilməlidir.
Yeni qaydanın sentyabrın sonlarından qüvvəyə minəcəyi bildirilir.
Xatırladaq ki, Yaponiyada ötən il dekabrın 28-dən, demək olar ki, bütün dünya ölkələrindən və ərazi vahidlərindən gələnlərə yeni vizaların verilməsi qadağan edilib. Hazırda ölkəyə yalnız yaponlar və burada uzunmüddətli vizaya malik olan əcnəbilər gələ bilərlər.

Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |