Şrift:
Aİ ölkələri arasında ilk olaraq Slovakiyada beş yaşdan yuxarı uşaqlar koronavirus əleyhinə peyvənd olunacaq
10.09.2021 [09:22] - Gündəm, Sağlıq
Avropa İttifaqı (Aİ) ölkələri arasında ilk olaraq Slovakiyada beş yaşdan yuxarı uşaqlar üçün koronavirus əleyhinə vaksinasiya kampaniyasına başlanıb.

Hökumət sentyabrın 9-dan etibarən 5-11 yaşlı uşaqların “BionTech/Pfizer“ peyvəndi ilə vaksinasiya olunmasına icazə verib. Səhiyyə naziri Vladimir Lenqvarksi vurğulayıb ki, uşaqlar üçün peyvənd könüllüdür, vaksinasiya valideynlərin arzusu və uşaq həkiminin xüsusi icazəsi əsasında həyata keçiriləcəkdir. Nazirin sözlərinə görə, 12 yaşdan aşağı uşaqların da vaksinasiya kampaniyasına cəlb edilməsi epidemioloqların, ekspertlərin və uşaq həkimlərinin tələbləri əsasında baş tutur.

Ekspertlər 5-11 yaşlı uşaqlar üçün peyvəndin əsasən risk qrupuna aid pasiyentlərə vurulmasını tövsiyə edirlər. Buraya nəfəs yolları, ürək-damar, avtoimmun və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar daxildir. Qeyd edilən yaş kateqoriyasındakı uşaqlara normal dozanın üçdəbiri həddində peyvənd vurulacaq.

Avropa Dərman Agentliyi (EMA) uşaqların koronavirus əleyhinə vaksinasiya üçün yaş həddini 12 yaş olaraq müəyyən edib. Lakin Slovakiya Kuba (2 yaşdan etibarən) və Çili (6 yaşdan etibarən) nümunəsini əsas götürərək, daha erkən yaşdan vaksinasiyaya icazə verib.
Bu xəbər oxucular tərəfindən 1435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed