Şrift:
Türkiyə Superliqası: “Trabzonspor” – “Qalatasaray” matçında qalib müəyyənləşməyib
13.09.2021 [09:08] - Gündəm, İdman
Sentyabrın 12-də futbol üzrə Türkiyə çempionatının IV turu çərçivəsində "Trabzonspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2. Trabzon təmsilçisinin qollarını Andreas Kornelius və Antoni Nvakaeme vurub. İstanbul klubunun heyətində isə Emre Qılınc iki dəfə fərqlənib.

Günün digər matçında "Göztəpə" öz meydanında "Başakşəhər"i 2:1 hesabı ilə məğlub edib. "Hatayspor" isə səfərdə "Rizəspor"u 2:0 hesabı ilə üstələyib. "Fənərbağça" - "Sivasspor" matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb.

Turun digər oyunları sentyabrın 13-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 10 xalla "Beşiktaş" başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq onunla eyni xal toplayan "Trabzonspor" və "Fənərbağça" qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed