Şrift:
Amerikalı təhlilçilər: “İran Qafqazı viran görmək istəyir...”
15.12.2012 [14:15] - Siyasət, DAVAMın yazıları
Ağ Ev İranla münasibətlərdə hərarəti aşağı salmaq imkanları axtardığı bir məqamda Vaşinqtonda siyasətçilər administrasiyanı Cənubi Qafqazdakı müttəfiqlərinin təhlükəsizliyi və özünün geodiyasi-iqtisadi maraqlarını İslam Respublikasının mümkün zərbələrindən qorumağa səsləyirlər.

Bir qayda olaraq, bu səpkili çağırışlarda ötən il İrana bağlı qüvvələrin Gürcüstan və Azərbaycanda Qərb diplomatlarına qarşı həyata kecirdiyi idddia olunan terror cəhdinə istinad edilir.

MövzularSiyasət, BölgəBir sıra yerli təhlilçilər narahatdırlar ki, İran hakimiyyətinin hərbi ritorikası onunla nəticələnər ki, vəziyyət hətta Tehranın özünün də nəzarətindən çıxar və iranlılar Qafqazda “tarixi imperiya iddialarını reallaşdırmaq” niyyətinə düşərlər...

Bəs niyə məhz Qafqaz? İranın iddia olunan nüvə planlarında “qapı qonşunun “payı” nə qədərdir?

“Təbii” maraqlar?Amerika Sahibkarlıq İnstitutunun eksperti, prezident Buş administrasiyası dövründə Müdafiə Departamentinin İran və İran tematikası üzrə müşaviri olmuş Michael Rubinə görə, Cənubi Qafqazda Qərblə İran arasında münaqişə varsa, bu, Tehranın regiona, xüüsusilə qonşusu Azərbaycana “qonşu gözü ilə” baxmaması və onun suverenliyinə hörmət etməməsindən qaynaqlanır.

Cənab Rubin ötən həftə Konqresinin Avropa və Avrasiya üzrə alt komitəsində təşkil olunan “İranın Cənubi Qafqaza təsiri və ətraf region” mövzusunda dinləmələrdə çıxış edib.

Onun fikrincə, İslam inqilabının Qafqaza ixracı “təbii düşmən” İranın əsas məqsədi olaraq qalır.

“İran regional səylərini xüsusilə Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir. İran hakimiyyəti öz nüfuzunun artırılması üçün bir çox mümkün vasitələrdən, məsələn xeyriyyə fəaliyyətindən istifadə edir”, deyib cənab Rubin

BBC-Azərbaycancaya danışan təhlilçi fikirlərini belə izah edib ki, Tehran kifayət qədər təsir vasitlələri, məsələn, din xadimləri hazırlayıb ki, onlar da Qafqazda, xüsusilə Azərbaycanda problemlər yaratmaq iqtidarındadırlar.

"İran regional səylərini xüsusilə Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir. İran hakimiyyəti öz nüfuzunun artırılması üçün bir çox mümkün vasitələrdən, məsələn xeyriyyə fəaliyyətindən istifadə edir"

Michael Rubin
Məqsəd, onun fikrincə, regonu nüfuz dairəsinə qaytarmaqla, İranlıların nəzərində “tarixi ədaləti bərpa etməkdir”.

“İranda çoxları hələ bu gün 1828-ci ilin Türkmənçay müqaviləsini – Cənubi Qafqazın itirilməsilə nəticələnən indiki Rusiya-İran anlaşmasını tarixin haqsız səhvi kimi görürlər və onların nəzərində bu region ərazi iddiaları üçün mənbə olmasa da, hər halda, ən yaxın uzaqdır və İraınn bura həm iqtisadi, həm siyasi həm də diplomatik nəzarət etməyə hamıdan artıq haqqı çatır”, deyir təhlilçi.

“Bakıda rəsmilər və adi insanlar bunu unutmamalıdırlar”, - o daha sonra vurğulayıb.

“Qafqaz İran qüvvələrinə qarşı çıxsa da, Qərblə ittifaqdan daha çox qazanır, nəinki İranla”, təhlilçi əlavə edir..

Sui-Qəsdlər...Rubin kimi, bir sıra Vaşinqton təhlilçilərinə görə, İranın terrorizmin əsas sponsoru olduğunu nəzərə alaraq, onun qonşu ölkələrə qarşı da sui-qəsdlərinin təhrik olunması ilə məşğul olmasına təəccüblənməyə dəyməz.

2008-ci ildə Azərbaycanın təhlükəsizlik orqanları İsrailin Bakıdakı səfirliyini partlatmağı planlaşdıran terrorçu qrupların üzvlərini ələ keçirib. Bundan əvvəl 2001-ci ildə isə İran katerləri Xəzərdə Azərbaycanın neft-kəşfiyyat gəmisini İranın ərazi sularını pozmaqda ittiham edərək, ona hücum etdilər.

2009-cu ildə isə İranın Xəzərdə Azərbaycanın ərazi sularında neft buruğuna yaxınlaşması Bakını məsləhət üçün Vaşinqtona müraciət etməyə vadar etdi.

Region üzrə ekspert Brenda Shafferin fikrincə, bütün bunların arxasnda duran İranın Qafqazda dörd əsas marağı var: Öz şimalında ən böyük etnik azlıq sayılan azəraycanlıların ölkə daxilində yarada biləcəkləri qeyri-sabitliyi əngəlləmək, Qərbin regiona təsir imkanlarını məhdudlaşdırmaq, regional ticarət və nəzarət medotlarını genişləndirmək, eləcə də nəqliyyat və enerji layihələri vasitəsilə bölgəyə çıxış vasitələrini əldə saxlamaq.

Sözdə müsəlman?Xanım Shafferə görə, İran rejimi yalnız sözdə müsəlmanların hüquqlarını müdafiə edir, reallıqda isə azərbaycanlıların hüquqlarını pozur.

Aəzrbaycanla din yaxınlığına baxmayaraq, Tehran Qarabağ münaqişəsində Ermənistanın tərəfindədir.

“Fikir versəniz, Yerevan vaxtaşırı olaraq İranın Qarabağ nizamlamasında geniş iştirakının vacibliyini vurğulayır və bu ölkənin münaqişədə mövqeyini alqışlayır”, deyib təhlilçi BBC-Azərbaycancaya...

Onun fikrincə, İranın birbaşa yardımları və nəqliyyat yolu olmasa, Ermənistan “Qarabağın işğalı ilə bu qədər dözüm gətirə bilməzdi”

"Fikir versəniz, Yerevan vaxtaşırı olaraq İranın Qarabağ nizamlamasında geniş iştirakının vacibliyini vurğulayır və bu ölkənin münaqişədə mövqeyini alqışlayır"

Brenda Shaffer
Bütün bunlardan ən çox əziyyət çəkənlər isə Bakı ilə yanaşı, İran daxilindəki azərbaycanlılardır, belə ki, onlar baş verənlərə müdaxilə imkanı xaricindədirlər...

Azərbaycanlılar...Bu yaxınlarda Konqresin Nümayəndələr Palatasına İrran azəriləri iıə bağlı qətnamə layihəsini (H. CON. RES. 137) təqdim etmiş Konqresmen Dana Rohabacher isə ötən həftə Kapitolidəki dinləmədə Tehran hökumətini “qanqster rejim” adlandıraraq azərbaycanlı əhalinin hüquqlarının kobud şəkildə pozmaqda ittiham edib.

“Dünya anlamalıdır ki, Azərbaycan xalqı Azərbaycanla İran arasında bölünüb və əgər istəsə öz müqəddəratını təyin etmək, öz suveren ölkəsini yaratmaq hüququ var”, deyib Konqresmen BBC-Azərbaycancaya.

Bu ilin avqust ayında, o, dövlət katibi Hillari Klintona yazaraq məsələyə ABŞ Administrasiyasının münasibət bildirməsini istəmişdi...

Eyni zamanda, onun fikrincə, bu, Vaşinqtondakı bürokratların və ya İrandakı molla diktaturasının işi deyil, azərbaycanlıların özlərinin işidir.

Hələ ki, Konqresmenin qətnaməsi Xarici Əlaqələr Komitəsində gündəmə gəlməyib, amma cənab Rohabacher gələn ilin əvvəlində Komitədə Avrasiya regionu üzrə alt-Komitənin boş qalmış sədri vəzifəsinə seçiləcəyinə ümid edir və deyir ki, bu baş tutsa, mövzunu asanlıqla həmkarları arasında qaldırmaq imkanı olacaq.

Eyni zamanda, təhlilçi Rubin İran azərbaycanlılarının kifayət qədər birləşdiyinə inanmır. “Yada salmaq kifayətdir ki, bu ölkənin ali dini rəhbəri Əli Xamneyi etnik azərbaycanlıdır”, o deyir.

İrana qarşı hərbi aksiya ona gətirib çıxaracaq ki, “bu gün öz hökumətinin əleyhinə çıxan iranlılar İran bayrağının ətrafında birləşəcəklər”, Rubin belə hesab edir.

Vaşinqtonun siyasəti...Bəs Vaşinqton rəsmiləri İranın regional hədələri barədə nə düşünürlər? BBC-Azərbaycancaya danışan Dövlət Departamentinin dövlətlərarası münasibətlər üzrə məsləhətçisi John Sitilidesə görə, adətən çətin qonşuluqda da qonşular təxribatçı əməllərdən daha çox öz ailəvi və qonşuluq maraqlarını üstün tuturlar.

Onun fikrincə, Tehranın davranışı və ya buradakı rejim dəyişmədikcə Bakı ehtiyatlı olmalı, təxribatdan uzaq durmalıdır.

Eyni zamanda, mütəxəssis əlavə edib ki, NATO-nun üzvü olan və İranla səmimi münasibətləri olan Türkiyə kimi digər qonşular qeyri-sabit geosiyasi vəziyyət fonunda Azərbaycanın regional balansı qoruyub saxlamaq səylərini dəstəkləyə bilərlər.

Konqressmen Dan Burton Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin Avropa və Avrasiya məsələləri üzrə alt-Komitə sədridir. O, bu yaxınlarda Azərbaycan və Ermənistan və Gürcüstana səfərdən qayıdıb.

BBC-Azəraycanca ilə söhbətində Konqressmen deyib ki, İran məsələsi onun yerli lderlərlə müzakirələrinin ana xəttini təşkil edib.

“Mən şübhə etmirəm ki, İranın regional siyasəti onların özlərinin təbirincə, Qərbin yumşaq yeri hesab etdikləri hədəflərə hücum etmək üzərində köklənib”, deyir Konqressmen.

Beləcə, Tehranın məqsədi, onun fikrincə, regionun geosiyasi reallıqlarından bəhrələnmək və Qərbin sanksiyalarından yayınmaqdır.

“Qafqazda İran hədəsi bu regionun bizim üçün siyasi əhəmiyyətini xatırlamağa kifayət edir”, əlavə edib Konqressmen.
Ələkbər Raufoğlu
Bu xəbər oxucular tərəfindən 1691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed