Şrift:
Azərbaycanda ehtiyac meyarı 93 AZN oldu
15.12.2012 [14:41] - Sosial
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilib.

Bu qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu xəbər oxucular tərəfindən 1117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed