13.09.2021 [09:38] - Xəbərlər, Hərb
Hazırda Yaponiya Müdafiə Nazirliyi Şimali Koreya tərəfindən qanadlı raketlərin növbəti sınaqları barədə məlumatların toplanması və təhlilini həyata keçirir.
Bu barədə sentyabrın 13-də NHK telekanalı məlumat yayıb. Sınaqlar barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin məlumatını yayan telekanal, Yaponiyanın özünümüdafiə hava qüvvələrinin sabiq komandanı Toşimiçi Naqaivanın məsələ ilə əlaqədar fikirlərinə də yer ayırıb. Sabiq komandan deyib ki, Şimali Koreyanın ballistik raketlərindən fərqli olaraq qanadlı raketləri barədə məlumatlar çox azdır və bu, həmin raketlər haqqında təhlil aparılmasını çətinləşdirir.
Bununla yanaşı, qanadlı raketlərin 1500 kilometr məsafədəki hədəfi vurmaq qabiliyyətində olması barədə məlumatı şərh edən T.Naqaiva bu raketlərin çox aşağıdan uçduğunu, hücum məqsədilə istifadə edildiyinə görə böyük təhlükə mənbəyi olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) sentyabrın 11-də və 12-də uzaq məsafəli qanadlı raketlərin uğurlu sınağı barədə məlumat yayıb.
KMTA-nın məlumatına görə, raketlər 1500 kilometr məsafədə yerləşən hədəflərə zərbə endirib. Şimali Koreyanın bildirdiyinə görə, yeni raketlərin texniki xarakteristikaları layihə tələblərini ödəyir və sınaqlar onların səmərəliyini təsdiq edib.

Bu xəbər oxucular tərəfindən 3607 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |