Şrift:
Rafael Qrossi: “Agentliyin İranla ən aktual problemi müvəqqəti olaraq həll edilib”
13.09.2021 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehrana səfərində İran Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami və digər rəsmilərlə keçirdiyi görüşünü müsbət adlandıran Qrossi deyib ki, MAQATE-nin İran tərəfi ilə bir sıra ixtilafların həlli ilə bağlı apardığı danışıqları konstruktiv nəticə verib.


“Hazlrda demək olar ki, MAQATE-nin İranla ən aktual problemi müvəqqəti olaraq həll edilib.


Belə ki, danışıqların müsbət nəticəsi olaraq, Tehran MAQATE -yə İranın nüvə təsisatlarında quraşdırılan və onun həmin mərkəzlərdəki fəaliyyətlərini izləyən kameraların monitorinqi və görüntülərinin yazılması üçün texniki xidmət göstərməsinə icazə verib.


Lakin dediyim kimi bu həll yolu daimi yox, müvəqqətidir. Bununla belə MAQATE müfəttişlərinin İranın nüvə mərkəzlərində quraşdırılmış həmin nəzarət kameralarının topladığı məlumatları birbaşa əldə etməsinə imkanı olmayacaq”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.


Xatırladaq ki, İran bundan əvvəl MAQATE-nin nüvə mərkəzlərində quraşdırdığı nəzarət kameralarını işdən salaraq, 2015-ci ildə imzalanmış nüvə razılaşmasının şərtlərini pozaraq, nüvə fəaaliyyətini gücləndirərək, uranı 60 faiz səviyyəsində zənginləşdirməyə başladığını bildirmişdi.


Bildirilir ki, Rafael Qrossi Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti Şurasın sentyabrın 13-dən 17-ə qədər davam edəcək toplantısına qatılaraq, Tehrana səfərinin nəticələri və İranla əldə olunan müvəqqəti razılaşma barədə hesabat təqdim edəcək.
Bu xəbər oxucular tərəfindən 1250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed