Şrift:
Yunanıstan peyvənd olunmamış yerli sakinlərə və turistlərə yeni məhdudiyyətlər qoyur
14.09.2021 [10:33] - Gündəm, Sağlıq
Hökumət sözçüsü Yiannis Ikonoma Yunanıstanın 13 sentyabrdan etibarən peyvənd edilməyən sakinlərinə və turistlərə ciddi məhdudiyyətlər tətbiq edəcəyini söyləyib.

31 mart 2022-ci ilə qədər peyvənd sənədi olmayan və ya son altı ayda xəstəliyi keçirməyən vətəndaşlara açıq hava məkanları olmayan stadion və əyləncə mərkəzləri, restoran və kafeləri ziyarət etmək qadağandır.

Muzey, idman zalları, teatr və kinoteatra getmək və şəhərlər arasında ictimai nəqliyyatdan istifadə etmək üçün koronavirus testi edilməlidir. Sənədlər girişdə yoxlanılacaq. Hökumət koronavirus pandemiyasının dördüncü dalğası ilə mübarizədə qərarlı olduğunu deyib. Peyvənd olunanların sayına əsaslanaraq epidemioloqlar, sentyabr ayının sonuna qədər yoluxma hallarının artacağını proqnozlaşdırırlar. Göstəricilərə görə, reanimasiyada olan xəstələrin Qeyd edək ki, təxminən 11 milyon əhalisi olan ölkədə, təxminən 11.7 milyon vaksin var. 5.8 milyon vətəndaş tam peyvənd olunub. Ancaq prosesin sürəti azalır. Belə ki, iyun ayında hər gün 100 mindən çox peyvənd edilirsə, son həftələrdə - təxminən bu rəqəm 28 mindir.

Yeni məhdudiyyətlər qüvvəyə minməzdən əvvəl hökumət testlərin maksimum qiymətini təyin edib - ekspress analiz hazırda 20 avro əvəzinə 10 avroya, PCR testi isə 60 avroya başa gələcək. Peyvənd edilən vətəndaşlar isə lazım gələrsə, testləri pulsuz edə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 1485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed