Şrift:
Həsən Nəsrullah: “İranın yanacaq yükünün ilk partiyası cümə axşamı günü Livana çatdırılacaq”
14.09.2021 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 13-də televiziyada etdiyi çıxışında Həsən Nəsrullah ilk dəfə bir ay əvvəl Livanda yaşanan yanacaq böhranını aradan qaldırmaq üçün İrandan yardım istədiklərini bildirmişdi.


İranın göndərdiyi yanacağın ötən bazar günü Suriyada təxliyə olunduğunu bildirən “Hizbullah” lideri deyib ki, onun başçılıq etdiyi təşkilat Livanda yanacaq çatışmazlığını aradan qaldırmaq üçün İrandan yanacaq alınması imkanını gerçəkləşdirib.


“İranın yanacaq yükünün ilk partiyası cümə axşamı günü Livana çatdırılacaq və bu baxımdan İran yanacağını bizə çatdıracaq Suriya hökumətinə öz təşəkkürümü bildirirəm.


Bizə deyilmişdi ki, İran yanacağını daşıyan gəminin birbaşa Livana gəlməsi ölkəyə ziyanlı ola bilər. Biz isə ölkəyə zərər-ziyan dəyməsin-deyə digər seçimlərə üz tutduq.


Həmçinin İran yanacağını Livana çatdırmaq üçün yola düşən ikinci gəmi yaxın bir neçə gün ərzində Suriyanın Baniyas limanına çatacaq və onun ardınca İranın dizel və benzin yanacağını daşıyan və yazırda yolda olan üçüncü və dördüncü gəmiləri də gəlib çatacaqlar”, -deyə Livanın “Hizbullah” terror təşkilatının rəhbəri Həsən Nəsrullah bildirib.


Qeyd edək ki, Livan hökuməti Amerikanın sanksiyalarından ehtiyatlanaraq İrandan yanacaq ala bilmədiyi bir halda, adı ABŞ hökumətinin terrorçu təşkilatlar siyahısında olan və barəsində sanksiya tətbiq edilən “Hizbullah” qruplaşması özbaşına olaraq birbaşa özü bu işə əl qoyub.


Livandakı “Hizbullah” müxalifləri isə bildiririlər ki, adı Vaşinqton tərəfindən terrorçu təşkilatlar siyahısına salınan İrandan”Hizbullah”ın İrandan yanacaq alınması, onsuz da çətin durumda olan Livanı beynəlxalq sacnksiyaları təhdidi ilə üz-üzə qoya bilər.


Xatırladaq ki, Livanda yaşanan yanacaq çatışmazlığına görə, gündəlik həyat iflic vəziyyətinə düşüb. Çünki Livanın yanacaq almaq üçün kifayər qədər valyutası yoxdur. Bundan başqa, Livanın dövlət enerji şirkəti isə ölkənin yalnız minimum elektrik enerjisi istehsal etmək gücünə malikdir.

Məhz həmin səbəbə görə də, hazırda demək olar ki, Livanda bütün mağazalar və evlər neft və benzinlə işləyən kiçik və özəl generatorlardan asılıdır.
Bu xəbər oxucular tərəfindən 1300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed