Şrift:
Təbrizin mərkəzi zindanında daha bir hadisə
17.12.2012 [09:53] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanlı milli-mədəni fəal, Təbrizin mərkəzi zindanının karqah bölümündə ölümcül döyülüb.
13 dekabrda baş verən hadisə nəticəsində azərbaycanlı fəal 3 nəfər tərəfindən döyülüb. Belə ki, Hüseynzadə mütaliə edərkən, zindan məmuru Cavad Cavadipur təhqiramiz ifadələrlə onun mütaliəsinə maneə olmaq istəyib. Hüseynzadə özünü müdafiə edincə digər məmurlar Əli Həqqşünas və Həbib Ahəngər, öz həmkarlarına dəstək verib və azərbaycanlı fəalı zindan bölümünün namazxanasına aparıb və orda Məsud Hüseynzadəni ölümcül döyüblər.
Bu haqsızlığa başqa məhbuslar da reaksiya verib və Hüseynzadəyə dəstək vermək niyyəti ilə öz yerlərinə keçib və yatmaqdan imtina ediblər. Nəhayət ki, zindanın rəisi bölümə gəlib və məhbusları sakitləşdirməyə çalışıb və hadisənin araşdırılacağına söz verib.
Qeyd edək ki. Hazırda adını çəkdiyimiz azərbaycanlı fəal 6 aylıq həbs müddətini keçirir. O, sözdə sistemin əleyhinə təbliğdə günahlandırılıb.
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed