Şrift:
“Siyasi dialoq müsbət nəticələri ilə yadda qaldı” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
14.09.2021 [19:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İstənilən zamanda siyasi partiyaların iştirakı ilə dialoqun keçirilməsinin alternativi yoxdur. Çünki hər hansı bir məsələni masada həll etmək mümkündürsə, onu meydanlarda həll etməzlər. Həmişə demişəm ki, əgər danışmaqla həll olunan məsələni dalaşmaqla həll etməyə cəhd varsa, bu, ağılsızlıqdır”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev 2002-ci ildən dialoqun vacibliyi barədə təkliflərlə çıxış etdiyini xatırladıb: “İndi hətta dialoqda iştirak edən partiya sədrləri belə o vaxtı mənə çox ciddi şəkildə təpki göstərirdilər. Amma yanaşmalar göstərir ki, Azərbaycan tərəfindən artıq bu həm də sosial sifarişə çevrilib, artıq nəticələr var. Ən mühüm nəticə müharibədən əvvəl özünü göstərdi, dialoq başladı və cənab Prezidentin Sərəncamı ilə Siyasi partiyalar və qanunverici orqanlarla əlaqələr şöbəsi yaradıldı, şöbənin rəhbəri Ədalət müəllim çox uğurlu bir kadr oldu. 45 partiyanın iştirakı ilə keçirilən siyasi dialoq müsbət nəticələri ilə yadda qaldı”.

F.Quliyev bildirdi ki, müharibə zamanı partiyaların verdiyi birgə bəyanatlar, hamını əsgər kimi bu məsələlərdə dövlətçilik ətrafında bir yerdə olması dialoqun nəticəsi idi: “Partiyalar arasındakı münasibətlərin sivil qaydada tənzimlənməsi, xüsusilə də iqtidar partiyası ilə müxalifətdə olan partiyaların arasında münasibətlərin bu vəziyyətə çıxması bütövlükdə ölkənin əhval-ruhiyyəsinə və gələcəyinə xidmət deməkdir. İkinci bir tərəfdən, partiyaların arasında münasibətlərdə dəyişiklik yaranmağa başladı, yəni partiyalar arasında münasibətlərdə yumşalmalar baş verdi. Mən iqtidar müxalifət münasibətlərinin indiki normal vəziyyətə yüksəlməsini faydalı hesab edirəm”.

Gülyana/sia.az
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed